Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Oğlunun polisdə işləməyindən istifadə edən ”Faiz Vaqif” hədə-qorxu gəlir” - Şəhid qardaşı
“Oğlunun polisdə işləməyindən istifadə edən ”Faiz Vaqif” hədə-qorxu gəlir” - Şəhid qardaşı

Şəki rayonun Aşağı Göynük kəndində yaşayan şəhid ailəsi özünü yerli məmur və iş adamı kimi təqdim edən şəxslər tərəfindən təzyiqlərə məruz qalır.

Şəhid qardaşı Əbdürəhimov Sadiq Məmmədəli oğlu Bizimyol.info-ya açıqlama verən zaman bildirib ki, o, ailəsini dolandırmaq üçün onlara verilən 5 ha yaxın pay torpaqlarında yoca becərib ki, heyvandarlıqla məşğul olsun, lakin “Faiz Vaqif” ləqəbli şəxs öz mal-qara sürüsünü həmin otlaq sahəsinə salır və otarır.

“Sələmçiliklə məşğul olan Vaqif Babayevin çoxlu qanunsuz qazandığı pulu olduğu üçün yerli bələdiyyə, icra, polis ona gözun üstə qaşın var demir. Bu adam oğlunun polisdə işləməyindən istifadə edərək, kefi istəyən kimi hərəkətlər edir, mənə hədə-qorxu gəlir.

Yerli bələdiyyə gəlib dəymiş ziyanı yerindəcə rəsmi qeydə alıb. Amma bu günə kimi süründürməçilik edirlər.

Rəhmətlik qardaşım bunlar kimi ünsürlərdən ötəri qanını tökməyib ki, bu gün gəlib ailəmizin yeganə dolanacaq yeri olan otlaq sahəmizi qanunsuz əldə etdiyi minlərlə mal-qarası ilə basıb otarsın, ziyan vursun və hədələsin”.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Bizimyol.infonun sorğusuna cavab olaraq bildirib ki, Şəki rayonu Aşağı Göynük kənd sakini Sadiq Əbdürəhimovun təsərrüfatına Vaqif Babayev tərəfindən ziyan vurulması ilə bağlı müraciəti hazırda Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Leyla Mirzə

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
Son xəbərlər
Bütün xəbərlər »