Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik: Bəzi rayonlarda sel və daşqın hadisəsi müşahidə olunur
Nazirlik: Bəzi rayonlarda sel və daşqın hadisəsi müşahidə olunur

Sentyabrın 23-ü saat 13:00-a olan məlumata əsasən, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən, Zaqatalada intensiv və güclü olub.

Bizimyol.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, güclü yağış nəticəsində Balakənçay (Balakən), Katexçay Katex və Talaçayda (Zaqatala) hazırda sel və daşqın hadisəsi müşahidə olunur.

Balakənçay məntəqəsində 144 mm, Balakəndə 137 mm (aylıq normanın 161 %-i), Əlibəydə 12 mm (aylıq normanın 100%-i), Zaqatalada 94 mm (aylıq normanın 110 %-i), Sarıbaşda (Qax) 3 mm, Qusar, Göygöldə 2 mm, Kişçay (Şəki), Astara, Xaltan, Quba, Şəki, Tovuz, Gəncə, Şəmkir, Naftalan, Daşkəsən, Şərurda 1 mm-dək olub.

Sentyabrın 22-də cənub-şərq küləyi Ağstafada 20 m/s, Cəfərxan, Naftalan, Tərtərdə 18 m/s-dək güclənib.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »