Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sərhəddə ticarət” işçi qrupunun iclası keçirilib
“Sərhəddə ticarət” işçi qrupunun iclası keçirilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət” işçi qrupunun iclası keçirilib. Onlayn formatda baş tutan iclas 2021-ci il üçün Fəaliyyət Planının yanvar-sentyabr aylarında icra vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda olub.

İclasa işçi qrupun rəhbəri, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov sədrlik edib.

“Sərhəddə ticarət” işçi qrupunun iclası keçirilib

Tədbirdə Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Dövlət Gömrük Komitəsinin baş idarə və idarə rəisləri, İqtisadiyyat Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyi, eləcə də özəl sektorun nümayəndələri iştirak edib.

DGK sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, Azərbaycan Respublikasında Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə həyata keçirilən islahatlar nəticəsində ölkənin iqtisadi qüdrəti sürətlə artıb, Azərbaycan regionun lider ölkəsinə çevrilib və beynəlxalq reytinqlər üzrə daim irəliləyir.

Ölkədə həyata keçirilən davamlı inkişaf strategiyasına “Sərhəddə ticarət” işçi qrupunun da töhfə verdiyi vurğulanıb və beynəlxalq ticarətin asanlaşdırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi məqsədilə bütün zəruri addımların atıldığı qeyd olunub.

İsmayıl Hüseynov “Doing Business 2020” hesabatında Azərbaycanda aparılan islahatların dəyərləndirilməsi zamanı subyektiv yanaşmaların qəbuledilməz olduğunu, buna baxmayaraq, işçi qrupun islahatların davam etdirilməsi, sərhəddə ticarət əməliyyatlarının maksimum dərəcədə asan və sadə şəkildə həyata keçirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov sərhəddə ticarətin sadələşdirilməsi, sürətləndirilməsi istiqamətində aparılan uzunmüddətli araşdırma və təhlillərin davam etdiriləcəyini, problemlərin müəyyənləşdirilərək həll edilməsi istiqamətində zəruri addımların atılacağını bildirib.

Daha sonra “Sərhəddə ticarət” işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planının yanvar-sentyabr aylarında icra vəziyyətinə dair hesabatlar dinlənilib və qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Paylaş »
››› Türkiyədə dolların rekord bahalaşması Azərbaycana təsir edəcəkmi...
››› Putin Azərbaycan və Ermənistan rəhbərlərinin çıxışlarına münasibət bildirib
››› Lotereyada udacağını yuxuda gördü və milyonçu oldu
››› Ermənistanın cinayət ortağı ifşa olundu
››› 40 yaşlı kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
››› Məsciddə partlayış törədilib, ölənlərin sayı 30 nəfərdən çoxdur
››› Müdafiə Nazirliyi açıqlama yaydı
Son xəbərlər
Bütün xəbərlər »