Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Siqaret təkcə ağciyər deyil, ürək-damar xəstəliyi riskini də artırır"
"Siqaret təkcə ağciyər deyil, ürək-damar xəstəliyi riskini də artırır"

Çinin Tibb Jurnalının araşdırmasına görə, koronavirus siqaret çəkən insanlarda daha ağır fəsadlarla müşahidə edilir. Ancaq Fransada Pasteur-Jan-Pier Çangeaux İnstitutunda araşdırma aparan nevrobioloqlar, koronavirusun yol açdığı infeksiyaların qarşısını nikotinlə ala biləcəklərini düşünürlər.

500 koronavirus xəstəsi ilə aparılan araşdırmada 150 nəfərin xəfif narahatlığı olduğu və digrlərinin xəstəxanalara yerləşdirildiyi qeyd edilib. Araşdımanı aapran daxili xəstəliklər üzrə mütəxəssis Zahir Amoura, Fransa Xəbər Agentliyinə bildirib ki, məlumatları toplanan xəstələrin cəmi 5 faizi siqaret çəkir. Bu da o deməkdir ki, ümumi şəkildə müqayisə edilsə, siqaret çəkənlər arasında koronavirusa yoluxanların sayı 80 faiz azdır.

Buna bənzər araşdırma, daha əvvəl İtaliyada Giuspe Lippi və qrupu tərəfindən aparılıb. Avropa Daxili Xəstəliklər Jurnalında yayımlanan araşdırmanın nəticələri siqaret çəkənlərin daha az koronavirusa yoluxduğunu iddia edir.

Azərbaycanda da siqaret çəkənlərin koronavirusu daha asan keçirməsi və fəsadlar yaşamaması ilə bağlı məlumatlar yayılır. Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov, yerli KİV-ə müsahibəsində yayılan iddiaların əsassız olduğunu bildirib. T.Eyvazov qeyd edib ki, siqaret çəkməyin və nikotinin, bu xəstəliyin daha yüngül keçməsinə səbəb olması fikri əsaslı deyil:

“Əksinə, uzun müddət siqaret çəkən insanların tənəffüs yollarında xroniki iltihablaşma gedir ki, bu da həmin insanlarda koronavirusa yoluxma zamanı daha ciddi ağırlaşmalara səbəb ola bilər”.

Həkim terapevt Məlahət Abbasova Bizimyol.info saytına açıqlaması zamanı bildirib ki, yeni koronavirus COVID-19 nəfəs yollarına təsir edən və yoluxucu bir xəstəlikdir. Xəstəlik ağırlaşdığı zaman, nəfəs çatışmazlığı və ağciyər orqan çatışmazlığı yaranır.

"Siqaretin zərərləri barədə pandemiyadan öncə də danışılır. Siqaret bildiyiniz kimi ən çox ağciyərlərə təsir edir. Uzun illər siqaret çəkən insanların ağciyərləri zədələnmiş olur. Bu səbəbdən də koronavirus siqaret çəkənlərdə özünü daha ağır şəkildə göstərir. Bundan sonra siqareti azaltmaq koronavirusun ağır keçməsinin qarşını almaz."

Araşdırmalara görə, siqareti nə qədər tez yaşlarda tərgidilərsə, siqaretdən yaranan xəstəliklərin yaranma riski də o qədər az olar.

Siqareti azaltmaq, bu problemin həlli üçün çarə deyil, siqareti tərgitmək lazımdır.

"30 yaşından əvvəl siqareti tərgidənlərin siqaretlə bağlı xəstəliklərə yoluxma riski siqaret çəkməyənlərlə eynidir. Siqaret təkcə ağciyər deyil, ürək-damar xəstəliyi riskini də artırır.

Koronavirusa gəldikdə isə, immun sistem bu virusla mübarizədə önəmli faktordur. İmmun sistemi yaşlılarda, xroniki xəstəliyi olan şəxslərdə, xərçəng xəstələrində, yaxşı qidalanmayan şəxslərdə, fiziki və mənəvi cəhətdən yorğun olan şəxslərdə daha zəif olur. Buna görə də belə şəxslərdə virus infeksiyaları daha ağır müşahidə edilir. Siqaret və nargilə kimi tütün və tütün məmulatlarının istifadəsi nəfəs yollarının müdafiə mexanizmini pozur və koronavirus da daxil olmaqla bir çox nəfəs yolları xəstəliklərinin yaranmasına səbəb olur. Siqaret çəkən şəxslərin ağciyər hüceyrələri üzərində yaranan dəyişikliklər nəticəsində koronavirusların nəfəs yolu hüceyrələrinə daxil olması asanlaşır" - deyə həkim qeyd edib.

Həkim əlavə olaraq bildirib ki, pandemiya dövründə aparılan araşdırmlaarda, siqaret çəkənlərdə ağır sətəlcəm və nəfəs çatışmazlığı ilə müşahidə edilən COVID-19 hallarının daha çox olduğu və bu qrupda ölüm riskinin də daha yüksək olduğu müəyyən edilib. Siqaret, ağciyər toxumalarında və nəfəs yollarında müdafiə sistemini pozduğu üçün infeksiya tez əmələ gəlir, ağır müşahidə edilir və nəfəs çatışmazlığı tez yaranır.

İlahin, Bizimyol.info

Paylaş »
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »