Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir sinifdə 40 uşaq – Qaydalar kobud şəkildə pozulur
Bir sinifdə 40 uşaq – Qaydalar kobud şəkildə pozulur

Pandemiya səbəbi ilə il yarım bağlı qalan məktəblərin qapısı nəhayət ki, dünəndən etibarən şagirdlərin üzünə açılıb. Lakin övladını sevinclə birinci sinifə yola salan valideynlər məktəbə çatan zaman xoş olmayan mənzərə ilə qarşılaşıblar.

Belə ki, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 100 saylı, 240 saylı orta məktəb və bir çox digər məktəblərin rus bölmələrinə övladlarını yazdıran valideynlər sinif otağına daxil olan zaman məlum olub ki, bir sinifdə nə az, nə çox düz 40 nəfər şagird təhsil alacaq. Bu isə valideynlərin haqlı narazılığına səbəb olub.

Məktəb rəhbərlikləri isə valideynlərə açıqlama olaraq bildiriblər ki, məkəbdə rus bölməsi olan birinci siniflərin sayı yalnız bir ədəddir. Bu səbəbdən də şagird sayı çoxdur.

Valideynlər isə tələb edirlər ki, siniflər bölünsün, iki smenə salınsın, şagirdlərin səhhəti nəzərə alınsın və uşaqlar partalarda tək-tək otuzdurulsun.

Maraqlıdır görəsən, pandemiya, xəstəliyin tüğyan etdiyi vaxtda bir sinifə 40 şagirdi salmaq, pandemiya qaydalarını kobud şəkildə pozmaq hansı məntiqə sığır? Xəstəlik olmasa belə, 1 müəllim eyni anda 40 uşaqla necə məşğul ola bilər?

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verilmədi.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Yeni Füzuli şəhərinin baş planı necə olacaq...
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
››› “DSX-nın rəhbər şəxsləri hərbi biletimə haqsız yerə xidmətə uyğunsuzluq maddəsi vurub”
Son xəbərlər
Bütün xəbərlər »