Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
10 il sonra planet əhalisi arasında diabet kəskin artacaq - Proqnoz
10 il sonra planet əhalisi arasında diabet kəskin artacaq - Proqnoz

"İnsanlar öz beyinlərini yeyirlər": Tədqiqatçı qidalanmanın demensiyaya təsirini izah edib.

"Fastfudun ürəyə, fiquraya zərərli olduğunu hər kəs bilir. Lakin bir çoxları bilmirlər ki, hamburgerlər, kartof frilər, pizzalar beyinin işinə ziyan vura bilər. Aparılan elmi araşdırmalar fastfud və ağıl zəifliyi arasında əlaqənin olmasını müəyyənləşdirib",- ndeyə Almaniyanın Focus jurnalı yazır.

"Fastfud yeyən insanlar az hərəkət edərək öz beyinlərini yeyirlər",- deyə Avstarliya Milli Universitetinin professoru Nikolas Çerbuin bildirib. Alim bir qrup həmkarı ilə birlikdə fastfud yeməklərinin insan beynində demensiya meyillərinin artmasına səbəb olduğunu müəyyən edib.

"Alimlər 200-dən çox beynəlxalq araşdırmanı gözdən keçiriblər və bu onlara daha çox məlumat ədə etməyə kömək edib. Məlumatların analizi göstərdi ki, insanlar nə qədər qeyri sağlam qidalanıb, az hərəkət etdikcə onlarda demensiya və koqnitiv disfunksiya daha sürətlə inkişaf edir. Alimlərin araşdırmaları nüfuzlu Frontiers in Neuroendocrinology elmi jurnalında dərc edilib.

"Fastfud insanı kökəldir, bu isə xroniki metobolik xəstəliklərin yaranmasına səbəb ola bilir.Məsələn II tip diabet xəstəliyinin əsası qoyula bilər. Diabetin insan beyninin işini korlaması digər tədqiqatlarla sübut edilib. Avstraliyada aparılmış tədqiatların nəticələri təsdiq edir ki, fastfud və byinin işinin korşalması arasında birbaşa əlaqə var.

"Bizim tədqiqatlarımız sübut edir ki, neyronların itirilməsi prosesi daha erkən başlayır. Biz beyinin işinin məhsuldarlığının azalması və qeyri sağlam həyat tərzi, qeyri sağlam qidalanma arasında birbaşa əlaqə olduğunu gördük",- deyə alim Çerbuin qeyd edib.

"Araşdırmalara görə, planet əhalisinin 30 faizdən çoxu artıq çəki və piylənmədən əziyyət çəkir.2030-cu ilə qədər planet sakinlərinin 10 faizi II tip diabetə yaxalanacaq. Bu gün insanlar 1970-ci illərdəkinə nisbətən 650 kilokalori daha çox alırlar. Bu o deməkdir ki, qadınlar gündəlik qidalanma normasını 3, kişilər 4 dəfə pozurlar. Bu isə soyuq şirin içki, kartof fri və burgerlə qidalanmanın bir dəfəyə verdiyi kalori bombasına bərabərdir. Biz insanları düzgün qidalanmağa və daha çox hərəkət etməyə səsləyirik.

50 il öncəkinə nisbətən aldığımız əlavə kalorilər sağlam qidalanmadsığımız göstərir. Üstəlik 50 il öncə məişət əşyaları həyatımıza bu qədər daxil olmamış, bizim əvəzimizə hərəkət etməmişdilər.Özümüzü piylənmədən, diabetdən qorumaq üçün hazır qidalar almaqdan çəkinməliyik. Həmçinin çipslər, desertlər emal olunmuş ət məhsulları( kolbasa, sosiaka, konservlər) , marqarin yağları şəkərli içkilər, alkoqol rasionumuzda minimuma endirilməlidir.

"Demensiyanın inkişafını dayandırmaq üçün balanslaşdırılmış qidalanama məcburidir.Meyvə, tərəvəz kimi polifenol antioksidant tərkibli məhsullar beynin inkişafına kömək edir. Omeqa-3 kimi sağlam yağlar, yağ turşuları da hormonal mübadiləni dəstəkləyir. Yaşıl şay, yaşıl rəngli tərəvəzlər, tam taxıllı qida məhsulları, balqabaq, kətan toxumu, zeytun yağı, balıq, qoz kimi məhsulları isə mətbəxinizdən əskik etməyin. Müntəzəm sağlam qidalanmaya başladıqdan 2 ay sonra özünüzdə " geri sayım" başladığılnı, gəncləşdiyinizi hiss edəcəksiniz.

Son 20 ildə həyatımıza daxil olmuş və artıq vazkeçilməz hala gəlmiş süni qidalar, GMO-lu ərzaqlar, meyvə, tərəvəzlər orqanizmimizdə geri dönüşümü olmayan proseslər yaradıblar. İnsan nə yeyirsə ondan ibarətdir və həkimlər bağırsaqları ikinci beyin adlandırılar.

Amerikalı tanınmış kardioloq Vilyam Devis aşkar edib ki, müasir buğda və un qanda şəkər və qlükemik indeksini artırır. Eləcə də buğdada olan qlüardin adlı zülal iştahı artırır, doyma siqnalını blok edir. Bu günkü buğda dədə-babalarımızın əkib becərdiyi buğdadan çox fərqlənir. Bu zülal dad respetrolarını dəyişir, insanı çörəkdən asılı vəziyyətə salır.

Azərbaycanlılar üçünsə xoş xəbərimiz var. Bu ildən dədə- baba dəyirmanlarımız işə salınacaq. Elketriklə deyil, su ilə , küləklə işləyən. Vəl daşı olan əvvəlki dəyirmanlarda üyüdülən kəpəkli un həm faydalı, həm ucuz, həm sağlam, həm də daha doyumludur.

Ötən əsrin ortalarında dəbə düşməyə başlamış əla növ unun gətirdiyi fəsadlar " ləzzətli" oldu. Ləzzət bumu ilə biz artıq kilolar aldıq, qidalara qatılmış süni tərkib hissələri daha da iştah artırdı, yedikcə yenə yeməyə təşviq etdi,doymadıq, yedik, yedik, piyləndik, piyləndikcə də apteklərin yoilunu tutar olduq. O zamanlar kasıb insanların işlətdiyi II, III növ qara, kəpəkli un indi marketlərdə elitanın qidasına çevrilib. Qara çörək ağ çörəkdən daha baha qiymətə satılır. Elə ənənəvi dəyirmanların işə salınması da qara , kəpəkli undan hazırlanmış ləzzətli çörəkləri yenidən süfrələrimizə gətirəcək. Əlbəttə bu dəfə də taxılın DNT-ni dəyişib, daha məhsuldar olsun deyə ona hansısa heyvanın genlərini calamasalar.

İlhamə, Bizimyol.info

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› İran prezidenti: Xarici qüvvələr qonşularımızla münasibətlərimizi pozmaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »