Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
"Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"

Soçidə bir həftə sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla və Rusiya dövlət başçısı Vladimir Putinin görüşü keçiriləcək.

Bizimyol.info xəbər verir ki, görüşlə bağlə gazeta.ru -ya açıqlama verən politoloq Fyodor Lukyanov: "İki liderin danışmağının vaxtı çoxdan çatıb", - deyə bildirib.

"Ancaq Ərdoğanın Krımdakı Duma seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı açıqlamaları vəziyyəti dəyişə bilər", - deyə o əlavə edib.

F.Lukyanovun sözlərinə görə, Putinlə Ərdoğan bir-birini yaxşı başa düşür, lakin bu görüşdən heç bir real razılaşma gözləmək olmaz:

"Bu iki lider heç vaxt, sadəcə əl sıxmaq üçün görüşmürlər. Rusiya ilə Türkiyənin mastəqil ölkələri tanımaqla bağlı fərqli yanaşması var. Konkret ölkələr var ki, onların müstəqilliyinin tanınmasında fikir ayrılıqları var. Amma bu liderlərin müzakirə edə biləcəkləri xetli problemli məsələlər də var".

Qeyd edək ki, Türkiyə prezidentinin ofisindən verilən açıqlamada Ərdoğanın Soçiyə səfəri düz bir həftə sonra, sentyabrın 29-da baş tutacağı bildirilsə də, Rusiyada tərəfi məlumatı hələ də təsdiqləməyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »