Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden "Böyük iyirmilik" ölkələrinin sammitində iştirak edəcək
Bayden "Böyük iyirmilik" ölkələrinin sammitində iştirak edəcək

ABŞ prezidenti Cozef Bayden oktyabrın sonlarında "Böyük iyirmilik" (G20) ölkələrinin sammitinə yola düşəcək.

Bu barədə “Axios” mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Bayden İtaliyanın paytaxtı Romada keçiriləcək sammitdə iştirak edəcək və bundan sonra BMT-nin iqlim dəyişikliyi üzrə sammitində iştirak üçün Şotlandiyanın Qlazqo şəhərinə yola düşəcək.

Ağ Evdən bildirilib ki, Bayden bu prosesdə anlayışa nail olmaq və dinamikanı saxlamaq üçün oktyabrın sonlarında Fransa prezidenti Emmanuel Makronla görüşəcək.

G20 sammiti oktyabrın 30-31-də Romada keçiriləcək. Bayden bundan sonra noyabrda keçiriləcək iqlim dəyişikliyi üzrə sammitə qatılacaq.(report)

Son xəbərlər
Bütün xəbərlər »