Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəlilabadda və Zaqatalada fərdi yaşayış evləri yanıb
Cəlilabadda və Zaqatalada fərdi yaşayış evləri yanıb

Cəlilabad rayonunda fərdi yaşayış evi yanıb.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Çünəxanlı kəndində ümumi sahəsi 144 m² olan kürsülü birmərtəbəli evin (çiy kərpic və taxta konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Zaqatala rayonunda da yaşayış evi yanıb.

Rayonun Yuxarı Tala kəndində ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər
Bütün xəbərlər »