Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə ilə Azərbaycan arasında olan münasibətlər artmalıdır"
"Türkiyə ilə Azərbaycan arasında olan münasibətlər artmalıdır"

"Noyabrın 10-da imzalanan atəşkəs razılığına əsasən mübahisəli Dağlıq Qarabağ torpaqlarına müvəqqəti olaraq rus sülhməramlıları yerləşdirildi. Türkiyədəki ümumi fikir, Qarabağ məsələsinin bitdiyi istiqamətində idi. Ancaq son zamanlar meydana gələn hadisələr göstərdi ki, Dağlıq Qarabağda işlər gözlənildiyi kimi getmir. Rusiya, Ukraynada etdiyi Donbass modelini burada tətbiq etməklə yanaşı, əlaqəli üsul axtarmağa başlayıb".

Bu barədə Bizimyol.info saytına Türkiyə Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Həsən Oqtay danışıb. O, qeyd edib ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Azərbaycanın yanında oldu. Azərbaycan işğal altında olan yeddi rayonunu və mübahisəli Dağlıq Qarabağ ərazisindən isə Şuşa rayonunu işğaldan azad etdi.

Hasan Oktay Hasan Oktay

Həsən Oqtay bildirir ki, Azrbaycan 2020-ci ilin iyul ayının 12-də Tovuz rayonuna edilən hücumu müharibə üçün səbəb hesab edib, birbaşa Xankəndinə hücum edərək, həm Tovuzun intiqamını ala bilərdi, həm də Tovuz hücumunu əsas gətirərək, Xankəndi və ətrafında olan qanunsuz erməni formalaşması dağıdıla bilərdi.

"Bu fikrimizi iyulun 12-dən davamlı olaraq səsləndiririk. 12 iyul-27 sentyabr tarixlərində Azərbaycan Ermənistana qarşı Türkiyənin böyük dəstəyi ilə müharibə hazırlığı gördü. 44 gün davam edən müharibə bitdiyi zaman Azərbaycan işğal altında olan 7 rayonunu işğaldan azad edə bilmişdi. Ancaq 1993-cü ilin aprelin 30-da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Pakistan başda olmaqla alınan qərar Dağlıq Qarabağın da Azərbaycan torpağı olması idi. Yəni, Azərbaycan Qarabağ məsələsinin bitdiyini qeyd etmiş olsa da, bundan etibarən Dağlıq Qarabağda formalaşma davam edir. Hətta ötən gün Moskvada Lavrov ilə Ermənistan Xarici İşlər naziri ilə görüşdə bir status kəlməsi gündəmə gəldi" - deyən Həsən Oqtay, bu vəziyyəti təhlükəli hesab edir. Və qeyd edir ki, baş verən hadisələr Rusiyanın Dağlıq Qarabağda Donbass modelini tətbiq edəcəyi fikrini ağıla gətirir.

Həsən Oqtay qeyd edir ki, Türkiyə, Azərbaycan mövzusunda son dərəcədə həssasdır və heç bir qarşılıq gözləmədən Azərbaycanı dəstəkləyir. Buna baxmayaraq, Türk cəmiyyətində Kipr və Krım mövzusunda Azərbaycandan bir dəstə gözləmək fikirləri formalaşıb. Ancaq Dağlıq Qarabağda iddia edildiyi kimi problem həll olunmadığı üçün, Azərbaycan bu iki mövzudam Türkiyənin yanında ola bilmədi. Çünki Krım və Kipr mövzusunda Azərbaycanın göstərəcəyi hər hansı bir mövqe, Dağlıq Qarabağ məsələsində dünya dövlətlərinin bu ərazini tanıma kimi uzun bir müddətə salmasına səbəb ola bilər.

"Türkiyə ilə Azərbaycan arasında münasibətlər son dərəcə yaxşıdır. Viza məsələsi həll edildiyi üçün şəxsiyyət vəsiqəsi ilə gedib-gələ bilmək insanları bir-birinə çox yaxınlaşdıracaq" - deyən H.Oqtay hesab edir ki, Türkiyədə qalma müddətinin 90 gündən 120-günə qədər artırılması önəmlidir. Çünki Türkiyənin Azərbaycana, Azərbaycanın da Türkiyəyə böyük ehtiyacı var.

"Pandemiya dövrü ilə əlaqədar olaraq dünyada dövlətlər arasında münasibətlər zəiflədi. İndi də pandemiya davam etdiyi üçün Türkiyə ilə Azərbaycan arasında olan münasibətlər artmalıdır. Türkiyə ilə Azərbaycan arasında birbaşa quru yolu olmadığı üçün Gürcüstan və ya İran üzərindən keçmək lazım olduğun görə bəzi sıxıntılar yaşanır. Bu problemi həll etmək üçün isə, Zəngəzur-Naxçıvan-Türkiyə koridorunun təcili surətdə açılması lazımdır. Bu reallaşacağı təqdirdə Azərbaycan-Türkiyə münasibətləri gözləniləndən daha yaxşı bir vəziyyət alacaqdır. Buna görə də Rusiya və Ermənistan, Zəngəzur dəhlizi ilə bağlı 10 noyabr razılaşmasında hərhansı bir maddə olmadığını irəli sürərək mane olmağa çalışırlar" - deyə H.Oqtay bildirib.

Həsən Oqtay hesab edir ki, Azərbaycan Dağlıq Qarabağda hərhansı bir hüquqi statusu qəbul etməyəcək və Zəngəzur dəhlizinin açılmasını təmin edəcək. Bu halda, 44 günlük Qarabağ müharibəsi qələbə ilə sonlandırılmış hesab ediləcək.

İlahin, Bizimyol.info

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »