Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baydenlə Makron görüşmək qərarına gəldilər
Baydenlə Makron görüşmək qərarına gəldilər

ABŞ Prezidenti Co Baydenlə fransalı həmkarı Emmanuel Makronun BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində danışıqları baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Baydenlə Makron oktyabrın sonunda Avropada görüşmək qərarına gəliblər.

“İki ölkənin lideri, güvəni təmin edən şərtlər yaratmağa və ortaq məqsədlərə çatmaq üçün konkret tədbirlər təklif etməyə yönəlmiş ciddi məsləhətləşmələrə başlamaq qərarına gəliblər. Qarşılıqlı anlaşma əldə etmək üçün oktyabrın sonunda Avropada bir araya gələcəklər”, - deyə Ağ Evin məlumatında deyilir.

Son xəbərlər
Bütün xəbərlər »