Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hamiləlikdən öncə vaksinasiya edilsələr, daha yaxşı olar"
"Hamiləlikdən öncə vaksinasiya edilsələr, daha yaxşı olar"

Ankara şəhər xəstəxanasında 33 hamilə qadın koronavirusdan müalicə alır. Onlardan 8-i reanimasiya şöbəsində ağır vəziyyətdədir.

Məlumata görə, qadınlardan yalnız biri koronavirusa qarşı vaksin vurdurub. 7 aylıq hamilə olan qadın qeyd edib ki, tibb işçisi olduğu üçün vaksinasiyadan keçibmiş. Heç bir əlaməti olmayan qadın xəstəxanaya ümumi müayinə üçün gəldiyi zaman PCR test edilib və testi pozitiv çıxıb:

"Hamilələrin də vaksin edilməsini tövsiyyə edirəm. COVID-19 olub vaksin olmayanların nəfəs çatışmazlığı yaşadığını görürəm. Karantin müddətim bitsin, 3-cü dozanı da vurduracağam. Xəstəliyi heç bir əlamət olmadan keçirməyimi vaksinə borcluyam"...

Türkiyəli mütəxəssislərin fikrincə, hamilə qadınların ən böyük qorxusu vaksinin körpələrinə zərər verə bilmə fikridir.

Həkim Özlem Moraloğlu Tekinin sözlərinə görə, İsrail və ABŞ-da vaksinasiya edilmiş 139 min hamilə qadının məlumatları yayımlanıb:

"Hamiləliyin əvvəlində, hamilə qalmadan əvvəl və ya hamiləliyin hər hansı bir ayında vaksin edilən anaların analizləri sübut etdi ki, vaksin körpələrə əks təsir etmir, anada heç bir infeksiyaya yol açmır və hətta doğuşdan sonra da risk yaratmır. Əksinə, hamiləliyi dövründə COVID-19 keçirən analar həm körpəni itirmək, həm də ölü doğuş riski yaşayır. Araşdırma əsnasında, vaksin olan qadınların südündə COVID-19 virusuna qarşı antikorun aşkarlandığı məlum olub. Hamiləlik düşünən qadınlar mütləq vaksin olunsunlar. Hamilə olduqları halda belə vaksindən çəkinməsinlər".

Qeyd edək ki, Ankarada bu günə qədər 12 vaksin olunmamış hamilə qadın koronavirusdan dünyasını dəyişib. Azərbaycanda isə, hamilə qadınlar əks göstəriş sertifikatı alanlar siyahısındadır.

Həkim ginekoloq Nəzrin İsmayılova Bizimyol.info saytına bildirib ki, hamilə qadınlar da vaksin edilməlidir. Bu onların sağlamlığı üçün çox önəmlidir:

"Hamiləlikdən öncə vaksinasiya edilsələr, daha yaxşı olar. Ancaq koronavirusun hər gün bir variantı yaranır. Hamiləlik dövründə də həkimlə məsləhətləşib vaksin etdirmək olar. Təcrübələr göstərir ki, hamilə qadınlar koronavirusu daha ağır keçirə bilər. Bunu nəzərə alıb vaksin olunsalar yaxşı olar. Bu həm körpənin sağlamlığı, həm də ananın səhhəti üçün önəmlidir. Ana vaksinasiya edilibsə, doğuşdan sonra südündə antikor yaranmış olur. Bu da körpə üçün vacibdir".

Qeyd edək ki, ABŞ-da iki aparıcı mamalıq qrupu, bütün hamilə qadınların COVID-19 virusuna qarşı vaksinasiya edilməsinə çağırıb. Amerikanın Mamalıq və Ginekologiya Kolleci və Analıq-Döl Təbabəti Cəmiyyəti bəyanat verərək bildirib ki, son aylar ərzində on minlərlə hamilə qadına vaksin vurulub və bu zaman COVID-19 virusuna qarşı hazırlanan vaksinlərinin təhlükəsiz olduğu isbat edilib. ABŞ hökumət statistikasına görə, hamilə qadınların yalnız 22 faizi vaksinin bir və ya iki dozası ilə peyvənd olunub.

Britaniyada isə xəstəxanaya COVID-19 virusuna yoluxması səbəbi ilə gətirilən hər 10 hamilə qadından biri reanimasiyaya düşür, hər 5 qadından birində isə erkən doğuş baş verir. İngiltərədə, fevral ayından bəri xəstəxanalara gətirilmiş 742 hamilə qadından yalnız 4-ü bir doza vaksinlə peyvənd olunub.

İlahin, Bizimyol.info

Paylaş »
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »