Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bədən dili nədir və onu necə anlaya bilərsiniz...
Bədən dili nədir və onu necə anlaya bilərsiniz...

Bədən dilini başa düşə bildiyiniz zaman qarşınızdakı insanın o an nə hiss etdiyini anlaya bilərsiniz.

Bədən dili, insanların istifadə etdiyi və çoxunun başa düşə bilmədiyi ünsiyyət növüdür. Bədənin duruşundan göz hərəkətlərinə qədər çox geniş bir əhatəyə sahib olan bədən dili həqiqi hissləri, düşüncələri başa düşmək üçün yeganə vasitədir. Əgər qarşınızdakı insanın bədən dilini doğru formada oxuya bilsəniz sizə olan hisslərini başa düşə bilərsiniz. Məsələn xoşunuz gələn insanın sizi bəyənib bəyənmədiyini bədən dili vasitəsilə öyrənə bilərsiniz.

Qarşınızdakı insan sizə bədən dili ilə nə demək istəyir?

Gözlər ürəyin güzgüsüdür...

Qarşınızdakı insanın nə hiss etdiyini öyrənmək üçün gözlərinə baxmaq kifayət edir. Bir insanın gözlərinə baxaraq, nə hiss etdiyini öyrənmək mümkündür. Məsələn; qarşınızdakı şəxs sizinlə göz kontaktı yaradıb, sonra gözlərini qaçırırsa, bu sizdən xoşu gəldiyi mənasını verir. Eyni şəkildə, qarşınızdakı insanın yalançı olduğunu da bilmək mümkündür. Əgər danışdığınız şəxs tez-tez gözlərini qırpır və gözlərini qaçırırsa, bu onun yalan danışdığını bildirir. Ancaq bəzi professional yalançılar var ki, uzun müddət gözlərinizə baxıb baxışlarını qaçırmaya bilərlər.

Kiçik bir gülümsəmə həyatı dəyişə bilər...

İnsanın düşüncələrini sərgiləyən ifadələrdən biri də gülüşüdür. Məsələn; bir qadının bir kişidən xoşu gəlirsə, səssiz gülümsəyər. Bununla yanaşı, qarşınızdakı şəxs sizə səmimi şəkildə gülürsə, bu onun sizin zarafat anlayışınıza verdiyi yüksək dəyərdir.

Qolların müxtəlif formada qoyulması, müxtəlif mənalar daşıyır....

Danışan zaman qolların açılması, qarşıdakı şəxsə marağınızın olduğunu ifadə edər. Qolların tutulduğu fərqli formalar fərqli mənalar daşıyır. Məsələn qolları çarpaz formada saxlamaq şəxsin sizinlə maraqlanmadığına işarədir.

Bədən dilinin "bilərək" edilən nümunələrindən biri "səhvən toxunmadır". Bu, ümumiyyətlə qadınların kişilərə marağını göstərən bir üsuldur. Əl və qol bölgəsinə edilən incə toxunuşlar münasibətin bir səviyyə daha artdığını göstərir. Amma bu toxunuş bir dəfə oldusa, həqiqətən səhvən toxunuş ola bilər. Yəni, bir qadın sizin əlinizə və ya qolunuza toxundu deyə sizdən xoşu gəldiyi mənasını verməz.

Liderlərin seçimi: barmaq uclarını birləşdirməyin mənası, idarəetmənin onda olduğunu ifadə edir. Əgər qarşınızdakı şəxs sizinlə danışarkən barmaq uclarını birləşdirirsə, idarəetmənin onda olduğunu sizə bildirmək istəyir.

Söhbət edən zaman qaşları qaldırmaq çox məna verir. Qaşlarını qaldıran şəxs çaşqın olduğunu ifadə etməklə yanaşı, verdiyi suallara cavab gözlədiyini də bildirir.

Tərcümə: İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »