Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ancaq bu vaksin Avropada qəbul edilmir"
"Ancaq bu vaksin Avropada qəbul edilmir"

Türkiyə vətəndaşı koronavirusdan qorunmaq üçün 2 dəfə Almaniyada, 4 dəfə isə Türkiyədə peyvənd edilib.

Pandemiyanın qarşısının alınması üçün vaksinasiyanın vacib olduğu qeyd edilsə də, bu gün cəmiyyətdə kifayət qədər vaksinasiya əleyhinə çıxış edənlər var. Vaksinlərin tərkibində çiplərin olduğunu, vaksinasiya edildikdən sonra nəzarətdə olacağını və idarə ediləcəyini iddia edən insanlar var. Bu iddiada olan şəxslər, peyvəndlərdən imtina edir və insanları da imtina etməyə çağırırlar. Ancaq vaksinlərin qoruyacağına inanan vətəndaşlar da az deyil. Belə ki, Türkiyə vətəndaşı Erkan Mısırlı, 2 dəfə Almaniyada və 4 dəfə Türkiyədə vaksin olunub. Vaksinasiya zamanı ona Biontech, Sinovac, AstraZeneca və Moderna peyvəndləri vurulub.

Erkan Mısırlı sağlam yaşamaq üçün hər kəsə vaksin olunmağı tövsiyyə edib:

"Türkiyədə fevral və aprel aylarında iki dəfə Çin peyvəndi vurdurdum. Ancaq bu vaksin Avropada qəbul edilmir. Almaniyaya gedən zaman test vermək məcburidir. O dövrdə Türkiyədə Biontech olmadığı üçün Almaniyaya gedərək, orada peyvənd olunmağa qərar verdim. Orada seçim haqqı olmadığı üçün AstraZeneca peyvəndi vurdular. İki ay sonra üçün isə ikinci vaksin vaxtı təyin etdilər. Vaxtı çatdığı zaman Almaniyaya gedərək 4-cü vaksini vurdurdum. Həmin gün Biontech olmadığı üçün Moderna vaksini vurdular. Amma mənim fikrim Biontech vaksinində qalmışdı. Vaksin vurdurduqdan sonra Türkiyəyə qayıdan zaman, burada Biontech vaksini vurmağa başladılar. Onu da avqust ayında vurdurdum. İndi isə ikinci dəfə Biontech vaksini vurdurmuşam. Bir az vaksin kokteyli etmiş kimi oldum. Amma qoruyucu təsirinə inanıram. Düşünürəm ki, artıq hər il vurdurduğum qrip vaksininə ehtiyac qalmadı"....

Erkan Mısırlı, vurdurduğu heç bir vaksinin əks təsirini görməyib.

Xatırladaq ki, Azərbaycanda da bəzi kütlələr vaksinasiyaya qarşı çıxır, vaksinlərin sağlamlıq üçün təhlükəli olduğunu qeyd edir. Hətta vaksin vurduranların bir neçə il sonra dünyasını dəyişəcəyi ilə bağlı iddia irəli sürənlər də var. Ancaq qaydalar sərtləşdikcə, hər kəs istər-istəməz vaksinasiya olunmaq məcburiyyətində qalır.

Erkan Mısırlı qədər olmasa da, ən azından sağlamlığınız və rahat hərəkət etməyiniz üçün vaksinasiya məsləhətlidir.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
››› Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
Son xəbərlər
Bütün xəbərlər »