Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ölkəmizin qazandığı şanlı qələbədə Türksoylu ölkələrin hamısı vahid mövqe ortaya qoydular"
"Ölkəmizin qazandığı şanlı qələbədə Türksoylu ölkələrin hamısı vahid mövqe ortaya qoydular"

"Türksoylu Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gələn ay keçiriləcək Zirvə görüşündə sədrlik Türkiyəyə keçəcək və Türkmənistan tamhüquqlu üzv olacaq".

Bizimyol.info saytı, Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AKP sədrinin müavini Binəli Yıldırım danışıb. O, qeyd edib ki, bununla da 6 dövlət qurum tamhüquqlu üzvə çevriləcək: "Bundan əlavə, təşkilatın adı da dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olacaq. Quruma Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan tam üzv olacaq

Politoloq Tural İsmayılov Bizimyol.info saytına açıqlamasında bildirib ki, Türkdilli ölkələrin müxtəlif platformalarda əməkdaşlıq etməyi Avrasiya regionunun gələcəyi baxımından müstəsna əhəmiyyətə malikdir:

Tural İsmayılov Tural İsmayılov

"44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı şanlı qələbədə Türksoylu ölkələrin hamısı vahid mövqe ortaya qoydular. Və Azərbaycanı qələbə münasibətilə təbrik etdilər. Bu baxımdan hesab edirəm ki, Azərbaycan və Türkiyə arasında Şuşa bəyannaməsinin imzalanmasından sonra Türk dilində danışan ölkələrin əməkdaşlıq platformalarının daha da genişləndərilməsi lazımdır. Burada təkcə siyasi və iqtisadi müttəfiqlik deyil, eyni zamanda hərbi və müdafiə sənayesi sahəsində digər Türkdilli ölkələrin də əməkdaşlığı labüddür".

Ekspert, Türkdilli ölkələrin bəziləri Ermənistanla birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatında təmsil olunmasına baxmayaraq, Azərbaycanın ayrı-ayrılıqda hər bir Türkdilli ölkə ilə yaxşı münasibət olduğu nəzərə alınsa, ayrı-ayrılıqda bu dövlətlərin Azərbaycan və Türkiyə ilə hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlığının dərinləşdirilməsini zəruri hesab edir. O, bildirir ki, bütünlükdə Türkdilli Ölkələrin Əməkdaşlıq Platforması genişlənəcək, siyasi təşkilat olaraq Türkdilli ölkələrin əməkdaşlıq şurası daha da zənginləşəcək:

"Yaxın 5-10 il ərzində Türkdilli ölkələrin dünya regionunda yeni bir güc mərkəzi formalaşdıracağını düşünürəm".

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »