Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu, qadınların sağlamlığı ilə yanaşı, büdcələri üçün də faydalıdır"
"Bu, qadınların sağlamlığı ilə yanaşı, büdcələri üçün də faydalıdır"

Qadın gigiyenik məhsullarının tam təhlükəsiz olduğunu sübut edən bir araşdırma mövcud deyil. Eyni zamanda müstəqil sağlamlıq qruplarının araşdırmalarına görə, tampon və pedlərdə narahatlıq yaradan, xərçəng yaradan kimyəvi maddələrin olduğu deyilir.

Məhsul istehsalçıları məhsullarının etibarlı olduğunu və kimyəvi maddələrin az olduğunu iddia edirlər. Ancaq qadınlar bu məhsullardan bütün həyatları boyu istifadə edir. Daha rahat olması üçün bu pedlərə rənglər, parfum, dioksin və digər maddələr vurulur. Bu maddələr isə, həssas olan vaginal muzokadan rahatlıqla əmilir.

Bu günlərdə sosial şəbəkələrdə, orqanik pedlər istehsal edən və satışı ilə məşğul olan səhifə yaradılıb. Səhifədə organik pedlərin sağlamlıq üçün təhlükəsiz olduğu qeyd edilir. İdeyanın müəllifi İlahə İsmayılzadə Bizimyol.info saytına açıqlamasında bildirib ki, o, bu barədə xarici səhifələrdə görüb:

"Xarici səhifələrin birində orqanik pedlər barədə məlumatlarla qarşılaşmışdım. Düşündüm ki, bizdə niyə olmasın. Və yoldaşımla məsləhətləşib, bu işi qurmağa qərar verdik."

orqanik ped

İ.İsmayılzadə bildirir ki, orqanik pedlər Azərbaycanda yeni olduğu üçün müraciət edənlərin sayı hələ azdır:

"Bu, qadınların sağlamlığı ilə yanaşı, büdcələri üçün də faydalıdır. Məhsul, ekoloji təmizdir. Tərkibində kimyəvi maddələr olmadığı üçün atıldıqdan sonra torpağa qarışaraq tez çürüyür.

İdeya müəlllifi qeyd edir ki, məhsullar üçün müraciətlər artarsa, onlar da Səhiyyə Nazirliyinə müraciət edəcək və işi böyütmək barədə düşünəcəklər. Hələ məhsulun sınaq mərhələsi olduğunu qeyd edən İ.İsmayılzadənin fikrincə, hazırda məhsullar dərzilər tərəfindən hazırlanır.

orqanik ped

"Məhsul, pambıq parçadan hazırlanır. Dəriyə toxunan hissəsi xüsusi təmiz materialdan hazırlanır. Bu səbəbdən də bu pedlər, dəri ilə təmasda olduğu zaman heç bir göynəmə, qaşınma və s. əks təsir göstərmir. Məhsul bir neçə aydır ki, hazırlanır. Biz artıq müxtəlif xanımlara sınaması üçün məhsulu vermişik və hələ ki, heç bir narazılıqla qarşılaşmamışıq" - deyə müəllif qeyd edir ki, məhsulun üstün tərəfləri ekoloji təmiz və sağlamlıq üçün təhlükəsiz olmasıdır.

Hazırda, məhsulun reklamı ilə İlahə xanımın həyat yoldaşı Cavid Manaflı məşğul olur. O, bildirib ki, məhsul bazarda özünə yer tapacağı təqdirdə, istehsal prosesinə evdar və işsiz qadınlar cəlb ediləcək. Onun fikrincə, bu işi sosial layihə kimi də dəyərləndirmək olar.

İsmayılzadə ailəsi

Orqanik ped gündəlik bezlərin həcmi kiçik və parçası yumşaq olduğu üçün istifadə zamanı hiss olunmur və sizi narahat etmir, həmçinin etibarlı və sağlam müdafiəni təmin edir. Tərkibində plastik olmadığı üçün hava keçirir. Buna görə də ümumi allergik xəstəliklərə və qıcıqlanmaya səbəb olmur. Nəm və qoxu vermir. Hava keçirən və sızdırmayan quruluşu sayəsində, genital bölgədəki hava axınını təmin edir və yumşaq olduğu üçün sizi narahat etmir.

Qiymətlərə gəldikdə isə, İlahə İsmayılzadə bildirib ki, hazırda 3 cür ped istehsal edilir:

"Bunlar gündəlik pedlər, mensturasiya dövrü pedləri və mensturasiya dövrü gecə pedləridir. Pedlər qalınlığı və boyuna görə fərqlənir. Kiçik gündəlik bezlər 2 manata, menstruasiya dövrü bezlər 2 manat 50 qəpiyə, mensturasiya dövrü gecə bezləri isə 3 manatadır".

Qeyd edək ki, parça pedlərin qorunurluğunu saxlamaq üçün xüsusi şəkildə yuyulmalıdır. Bu pedlər yuyulan zaman limon suyu və ya sirkə əlavə edilməli və açıq havada qurudulmalıdır. Pedlər düzgün şəraitdə yuyulduğu zaman 1 il müddətinə istifadə edilə bilər.

Ginekoloq Xoşqədəm İbrahimova: "Bilirsiniz ki, gigiyenik pedlər və tomponlar ağırlıqlarından 10 dəfə çox suyu özünə çəkərək saxlaya bilir. Yəni onların tərkibində dioksin kimi kimyəvi maddələr sintetik liflər və neft tərkibli maddələr var. Sintetik və plastik tipli maddələr hava axınına mane olaraq, genital bölgədə istiliyin artmasına və islanmaya səbəb olur. Bu isə infeksiya və genital göbələk infeksiyaları üçün şərait yaradır. Əgər pedlərin tərkibində qoxunu dəyişmək üçün maddələr varsa, mənfi təsirləri daha çox olur"- deyə həkim bildirib. Onun sözlərinə görə, gigiyenik pedlər yumurtalıq və süd vəzisi xərçəngi, hormon pozuntları, sonsuzluq, infeksiyalar və s. səbəb olur.

Həkim, gigiyenik pedlərdən istifadə edən zaman diqqətli olmağı, pedləri hər 3-4 saatdan bir dəyişməyi və sağlamlıq üçün təhlükəsiz olan pedlərdən istifadə etməyi tövsiyyə edir. Pedlər, sağlamlıq üçün təhlükəli olmayan materialdan hazırlanan zaman təhlükəsi az olur.

"Ancaq təbii maddələrdən, parçadan, pambıq qarışığından hazırlanmış pedlərdən ancaq kliniki sınaqlardan çıxarıldıqdan sonra istifadə edilməlidir. Bu sınaqlar könüllü də ola bilər. İstifadə edilən məhsullar dəriyə zərər vermirsə, sağlamlıq üçün təhlükə yaratmırsa, qaşınma, qızartı və ya göynəmə vermirsə, istifadə etmək olar" - deyə həkim qeyd edib...

İlahin, Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »