Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xoşbəxt olmadığınızı bilmək mümkündürmü?..
Xoşbəxt olmadığınızı bilmək mümkündürmü?..

"Xoşbəxtlik nisbi anlamdır"... Hamı belə deyir. Deyirlər ki, daim xoşbəxt olmaq mümkün deyil. Ani olaraq hiss edilən bu duyğu anidən də yox ola bilər.

Xoşbəxtlik zehnin bir halıdır. Kimyəvi olaraq isə bədəndə bəzi hormonların çatışmazlığı, bədbəxtliyə, hətta depresiyaya səbəb ola bilər.

Bəs xoşbəxt olmadığınızı bilmək mümkündürmü?

Əgər şirniyyat və ya çips yemək istəyirsinizsə, bədəninizin şəkər və nişastaya ehtiyacı var. Başqa sözlə, serotonin hormonunuzun səviyyəsi azalmış ola bilər. Şirniyyat və çips kimi qidalar serotonin səviyyəsini artırır. Yedikdən sonra əhvalınız düzəlir və özünüzü daha yaxşı hiss edirsiniz. Ancaq bu qısamüddətli xoşbəxtliklər, serotonini daha da azaldır və mütəmadi olaraq bu qidalara ehtiyacınız olduğunu hiss edərsiniz.

Kökəlmək...

Kökəlmək, bədəndə dopamin hormonunun çatışmazlığının xəbərçisidir. Şirniyyata və sağlam olmayan qidalara üstünlük verməklə yanaşı, çox yemək yeyirsiniz. Dopamin çatışmazlığını yemək yeyərək doldurmağa çalışırsınız.

Süd vəzisində həssaslıq...

Əhval-ruhiyyəmizə təsir edən hormon çatışmazlığı sağlamlığımıza da təsir edir. Bir qadının ostrogen səviyyəsi düşdüyü zaman süd vəzisi həsasslığı yarana bilər.

Empati səviyyəsinin aşağı düşməsi...

Aparılan araşdırmalar, empati və oksitosin hormonu arasında bir əlaqənin olduğunu sübut edib. Sevgi hormonu olan oksitosin, əhval ruhiyyəmizə digər hormonlar kimi təsir edir. Digər insanlarla empati qurmaqda çətinlik çəkir və üz ifadələrini başa düşməkdə çətinlik çəkinirsinizsə, oksitosin hormonu çatışmazlığı yaşadığınızı bilməlisiniz.

Baş ağrısı...

Baş ağrıları əhval ruhiyyəni yaxşılaşdıra biləcək progesteron hormonunun çatışmazlığı səbəbilə ortaya çıxa bilər. Bu ağrı, miqren şəklində meydana gələ bilər. Proqesteron adlı hormon, xüsusilə hamiləlik dövründə önəmlidir. Hamilə qadınlarda proqesteron hormonu çatışmazlığı əlamətləri müxtəlif ola bilər. Buna görə də mütəmadi olaraq, yoxlanılmalıdır..

Yuxusuzluq...

Serotonin hormonu çatışmazlığının digər bir əlaməti isə, yuxusuzluqdur. Hormon çatışmazlığı, yuxu problemi olaraq özünü biruzə edir və əhval ruhiyyədə dəyişiklikərə səbəb ola bilər. Daimi stres, depresiya yaşayan, normal yaşayış tərzi olmayan insanlar bu xəstəliyə meyilldir.

Titrəmə...

Titrəmələr dopamin hormonu çatışmazlığının əlamətlərindəndir. Çox zaman əllərdə olur. Eyni zamanda nevroloji bir xəstəliyin əlaməti ola bilər.

Hormon çatışmazlığı insana özünü bədbəxt hiss etdirir. Əgər sayılan əlamətlərdən hərhansı sizdə varsa, "Mən xoşbəxtəm" deyə bilməyəcəksiniz.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
››› Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
Son xəbərlər
Bütün xəbərlər »