Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir: “BMT təşkilatları ilə sıx əməkdaşlığın qurulması dayanıqlılığı təmin etmək üçün milli səyləri gücləndirəcək”
Nazir: “BMT təşkilatları ilə sıx əməkdaşlığın qurulması dayanıqlılığı təmin etmək üçün milli səyləri gücləndirəcək”

“GUAM Parlament Assambleyasının 13-cü sessiyasının kommünikesi beynəlxalq və regional parlamentlərarası assosiasiyaları ilə əməkdaşlığı davam etdirmək niyyətini bir daha təsdiq edir”

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu xüsusda, GUAM PA, digər dövlətlərlə ikitərəfli və çoxtərəfli səviyyədə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsini milli parlamentlər arasında dialoqu gücləndirmək, onların şəbəkələrini dərinləşdirmək və etimad mühiti yaratmaq vasitəsi olaraq nəzərdən keçirə bilər.

Onun sözlərinə görə, ümumi maraq kəsb edən sahələrdə BMT təşkilatları ilə sıx əməkdaşlığın qurulması dayanıqlılığı təmin etmək üçün milli səyləri gücləndirəcək və ölkələrimizin çağırışlara daha yaxşı cavab verməyə hazırlığını təmin edəcək: “Bu baxımından layihələrin müvafiq beynəlxalq və regional təşkilatlarla birgə həyata keçirilməsinə daha çox diqqət yetirilməlidir.

Beynəlxalq təşkilatlar çərçivəsində maraqlarımızın irəlilədilməsində fəal əməkdaşlıq və qarşılıqlı dəstək vacib olaraq qalır. Əldə etdiyimiz müsbət təcrübəyə əsaslanmalıyıq. Bu baxımdan, GUAM üzv dövlətlərini Azərbaycanın irəli sürdüyü minaların insan hüquqlarına təsiri ilə bağlı bəyanata qoşulmağa və bununla bağlı Cenevrədəki daimi nümayəndəliklərinə təlimat verməyə dəvət edirik. Birgə bəyanat, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 48-ci sessiyasının gündəliyinin 4-cü bəndi çərçivəsində 24 sentyabr tarixində həmfikir ölkələr adından veriləcək”.

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
››› Nazirlikdən faktiki hava açıqlaması
Son xəbərlər
Bütün xəbərlər »