Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunan arxiyepiskopun “Türk evi”nin açılışında iştirakı erməniləri qəzəbləndirdi
Yunan arxiyepiskopun “Türk evi”nin açılışında iştirakı erməniləri qəzəbləndirdi

Nyu-Yorkda “Türk evi”nin açılması ABŞ-da yetərincə əhəmiyyətli hadisə sayılır. Bura okeanın o tayındakı bütün türkləri bir araya gətirə biləcək. Açılışda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı hadisəyə xüsusi rəng qatıb. Amma bundan narahat olanlar az deyil.

Bizimyol.info xəbər verir ki, yunan arxiyepiskopun “Türk evi”nin açılşında iştirakı erməniləri qəzəbləndirib. Erməni Beynəlxalq Komitəsi Yelpidifor Lambriniadisə etirazını bildirib. Komitə belə hərəkətin yolverilməz olduğunu açıqlayıb. Məsələ Kipr və Yunanıstan yunanlarını da özündən çıxarıb. Yelpidiforun Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirməsi onları çox sarsıdıb. Kiprin dövlət başçısı Nikos Anastasiadis yepiskopla görüşünü ləğv edib.

“Türk evi”nin açılışına Türkiyə prezidenti xanımı Əminə Ərdoğanla gəlmişdi. Bundan başqa, BMT baş katibi Antonio Quterriş də açılışda iştirak etmişdi. Yunan arxiyepiskopun onlarla bir sırada dayanması, Türkiyə dövlət başçısına təşəkkürünü bildirməsi xüsusilə ermənilərə yer edib. Qarabağ müharibəsində məğlubiyyətdən sonra onlar daha qəzəbli görünür. Kipr mediasının yazdığına görə, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis də arxiyepiskopun hərəkətini pisləyir. Kiprdə hadisə Şimali Kipri (KKTC) tanımaq kimi qəbul edilir.

Yunanıstanın “Kathimerini” qəzeti yazır ki, dövlət başçısı məhz “Türk evi”nin açılışında iştirakına görə arxiyepiskopla görüşmək istəməyib. Anastasiadis konkret açıqlama verməyib. Amma Yunanıstan prezidentinin açılışdan çox narahat olduğu şübhə doğurmur. Onun arxiyepiskopla nə vaxt görüşəcəyi, ümumiyyətlə, belə ehtimalı qəbul edib-etməməsi bilinmir.

Yelpidifor 1967-ci ildə İstanbulda, Bakırköy rayonunda doğulub. O, Amerika arxiyepiskopu olmaqla yanaşı, Konstantinopol pravoslav kilsəsinin yepiskopu, Saloniki Aristotel Universitetinin teologiya fakültəsinin professorudur. Yelpidifor müsahibələrinin birində atasının heç vaxt Yunanıstana getmək istəmədiyini bildirmişdi. Onun sözlərinə görə, valideyninə İstanbulda yaşamaq xoş imiş.

Arxiyepiskop hərbi xidmətini məhz Türkiyə ordusunda keçirib. Bundan sonra daha çox ölkədən kənarda görünüb. 2019-cu il mayın 10-dan Amerika arxiyepiskopu statusunu daşıyır.

Bizimyol.info

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »