Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səhiyyə Nazirliyi ilə gizlənpaç oyunu
Səhiyyə Nazirliyi ilə gizlənpaç oyunu

Bir neçə gündür xarici xəbər portalları Avropada azyaşlı uşaqların da koronavirusa qarşı peyvəndlənəcəyi barədə məlumatlar paylaşır. Üstəlik, bir neçə ölkədə də azyaşlıları arasında elmə məlum olmayan yeni , havayla yayılan nəfəs yolu və ağciyərləri zədələyən xəstəliklərinin yayılması barədə həyəcan təbilləri çalınır.

İlan vuran ala çatıdan qorxar deyiblər. 2 il öncə Çində ilk dəfə naməlum virus peyda olub deyəndə onun gəlib həyatımızı zəhər edəcəyi barədə düşünməmişdik, amma oldu. Yeni virusların ölkəmizə gəlməyəcəyini kim deyə bilər? Biz elə bir xalqıq ki , özümüzdən qabaq övladlarımızı düşünrük, ilk onların təhlükəsizliyi ağlımıza gəlir. Elə ona görə də ilk növbədə ölkəmizin baş pediatrı ilə danışmaq, bizi narahat edən sualları vermək istədik. Təssüf ki, elə istəmnəklə də qaldıq. Baş pediatrın köməkçisi bildirdi ki, suallarımızı Səhiyyə Nazirliyinə göndərmədən baş pediatrla danışa bilmərik. Qaydalar belə tələb edir. "Mütləq şəkildə mətbaut xidməti ilə əlaqə saxlayın! Cavab verə bilmərik".

Ha desək də ki, biz məxfi bir şey soruşmuruq, baş pediatr da mediaya bu qədər qapalı olmalı deyil, üzümüzə baxan olmadı. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin necə işləMƏdiyini Sağır Sultan da duymuş, Bağdaddakı kor xəlifə də. Pandemiya dövründə ölkənin ən aktiv işləməli olan bir qurumunun mətbuat xidmətində 10-a qədər əməkdaş var, amma telefonlara heç biri cavab vermir. Pərviz Abubəkirovun səbrinə , dəyanətinə heyranıq, bu qədər tənqidlər qarşısında susqunluğunu qoruyur. Digər əməkdaşlar da tezliklə mühüm vəzifələrdə irəli çəkiləcəklər, " parlaq " məmur zehniyyətinə görə. Yaxşı susur, danışmır və görmürlər. İrəliləmək üçün ən önəmlisi də budur. Sanki maaşı danışmağa, işləməyə görə yox, susmağa görə alırlar. Bir də mətbuatla gizlənpaç oyununu bacarıqla apardıqlarına görə.

Biz baş pediatrdan nə qalmaqallı açıqlama istəyirdik, nə də şəxsi həyatına dair məlumat. İctimai şəxsin cəmiyyətə açıq olması lazımdır. Hələ biz media olaraq bir sualımıza cavab almaq üçün bu qədər əngəllərlə qarşılaşırıq, süni maneələrlə üzləşiriksə digər vətəndaşların halı nə yerdədir, kim bilir?

Telefonun başında oturmuş, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən kiminsə artıq iyirminci dəfə çalan zəngimə bəlkə cavab verəcəyini gözləyirəm. Sanki ironiyaymış kimi radioda həzin-həzin oxuyurlar.

Hardasan, həyatım, varmısan, varmısan, yoxmusan?

Mən səni izlədim, günah tək gizlədim, gizlədim.

Hər səhər, hər axşam, hər gündüz, hər gecə gözlədim…..

Bizimyol.info

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› İran prezidenti: Xarici qüvvələr qonşularımızla münasibətlərimizi pozmaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »