Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bitib-tükənməyən yol təmiri: "Azəravtoyol"un sirri nədədir - Fotolar
Bitib-tükənməyən yol təmiri: "Azəravtoyol"un sirri nədədir - Fotolar

Sentyabrın 22-si saat 22:00-dan sentyabrın 23-ü saat 08:00-dək paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində təmir işləri aparılacağından nəqliyyat vasitələrinin hərəkətində qısamüddətli məhdudlaşdırma olacaq. Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Sürücülərdən aparılan işlərə anlayışla yanaşılması, alternativ yollardan istifadə edilməsi gözlənildiyi bildirilib.

Bizimyol.info xəbər verir ki, şəhərin Əbdülvahab Salamzadə küçəsindən 3-cü mikrorayon dairəsinədək olan hissəsində təmir işlərinə iki aydan çoxdur başlanılıb. Həmin ərazidə, yəni Ceyhun Səlimov küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və əməkdaşları hər gün gözə dəyir. Amma iş çox ləng gedir. Sanki agentlik prosesi başa vurmağa tələsmir. Elə təəssürat yaranır ki, iş heç getmir.

Bu iki aya yaxın müddətdə 3-cü mikrorayon dairəsindən hərbi hospital istiqamətində günün istənilən vaxtı tıxac müşahidə olunur. Nəqliyyatın hərəkətinə ciddi əngəl ortaya çıxıb. Yol söküldüyündən, qazıldığından avtomobillər ehtiyatla hərəkət etməli olur. Nəticədə uzun tıxaclar yaranır.

Bakıda bitib-tükənməyən yol təmiri

İllərdir Bakıda yol təmiri işlərinə yanaşma dəyişməyib. Yol sökülür, qazılır, yeni asfalt örtüyü çəkilir. Bir müddət sonra məlum olur ki, hansısa borunun və ya xəttin yerləşdirilməsi unudulub. Lap az keçir, bu dəfə yol sarıdan çıxmağa başlayır. Çünki iş keyfiyyətsiz görülüb. Beləcə, Bakıda yol təmiri işi qırsaqqız kimi uzanır. Eyni yol dəfələrlə təmirə bağlanır. Nəqliyyat iflic vəziyyətə düşür. Sürücülər canından bezir. Şəhər bərbad günə qalır. Sakinlər əlavə qayğı ilə yüklənir.

Söhbət şəhərin çox işlək hissəsindən gedir. Həmin istiqamətdə yeni metro stansiyası – “8 Noyabr” açılıb. Hərbi hospitala üz tutan həmişə çox olur. Ümumiyyətlə, mikrorayonlardan gələn avtomobillərin böyük hissəsi şəhərin mərkəzinə doğru daha çox buradan yol alır. Amma bir neçə kilometrlik məsafəni qət etmək üçün bəzən saatlarla mübarizə aparmaq lazım gəlir.

Bakıda bitib-tükənməyən yol təmiri üzündən tıxac

Dünyada sakinləri incitmədən böyük işlərin görülməsi baxımından çox gözəl nümunələr var. 2016-cı ildə Niderlandda körpünü iki günə təhvil vermişdilər. 2015-ci ildə Çində Sanyuan körpüsündə işi isə cəmi 43 saata bitirmişdilər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə iki aya yaxın müddəti boşa verib, hələ indi yolu bağlayır. İnsanların rahatlığının uzun müddətdir kobudluqla pozulması heç kimin vecinə deyil.

Bizimyol.info

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
Son xəbərlər
Bütün xəbərlər »