Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”

Litvanın Müdafiə Nazirliyi Çin telefonlarıyla bağlı vətəndaşlara müraciət edib. Baltikyanı ölkənin dövlət qurumu Asiya dövlətindən gətirilən mobil cihazları almamağı məsləhət görüb. Nazirlik həmin telefonların yerli senzura müdaxiləsinə məruz qaldığını düşünür.

Bizimyol.info xəbər verir ki, Litvanın Müdafiə Nazirliyi yerli vətətəndaşların Çin telefonlarından uzaq dayanmasını istəyib. Qurum daha bu ölkənin mobil cihazlarını almamağı tövsiyə edir. Köhnələrin isə zibil qutusuna atılmalı olduğu qeyd olunur.

Litva Müdafiə Nazirliyinin narahatlığı əbəs deyil. Çin telefonlarında “azad Tibet”, “çox yaşa Tayvanın müstəqilliyi”, “demokratiya hərəkatı” kimi ifadələr senzuraya uğrayıb. Nazirlik bildirir ki, “Xiaomi”lərdə ümumilikdə 449 belə ifadə fərqləndirilib. Böyük ehtimalla hansı telefonlarda həmin ifadələrin yazılmasını da istehsalçı şirkət müəyyənləşdirə bilir.

Litvanın müdafiə nazirinin müavini Margiris Abikeviçius jurnalistlərlə söhbətində “Xiaomi”lərin etibarlı olmadığını xüsusi vurğulayıb. Vətəndaşların davranışlarının bu yolla izlənib-izlənilməməsindən söhbət açılmayıb. Amma hiss olunan odur ki, Litvada bununla bağlı ciddi narahatlıq var.

Beynəlxalq Siber Mərkəzinin hesabatında fərqli detallar diqqət çəkir. Burada yazılıb ki, “Xiaomi” Sinqapurdakı bir serverə şifrəli telefon istifadəsi göstəriciləri toplusu göndərib. “Huawei”də də ciddi boşluqlar aşkarlanıb. Hələlik yalnız “OnePlus” ilə bağlı şübhələr özünü doğrultmayıb.

Litva Müdafiə Nazirliyi bəyanatda daha çox “Xiaomi”nin adını çəkir. Bu şirkət Çin telefon istehsalçıları arasında satış imkanlarının genişiyinə görə hamını geridə qoyur. “Xiaomi”nin əsası 2010-cu ildə qoyulub. Şirkət son üç ildə xüsusilə böyüyüb. İndi Çinin telefon istehsalçısının dünya bazarındakı payı 5.3 faizə çatıb.

“Xiaomi” satışının böyük hissəsini internet sayəsində həyata keçirir. Buna görə qiymətlər çox münasibdir. “Xiaomi”ni Çindən başqa, daha çox Hindistanda, Latın Amerikasında və Afrikada alırlar. Amma Çin markası son illər Avropada çox yayılıb. Avropalıların ümumi narahatlığı da məhz buna görədir. Çin öz prinsiplərini daha çox ölkəyə yaymağa çalışır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »