Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dostuma güllə atmaqla mənə "salam" göndərmək zəiflikdir
Dostuma güllə atmaqla mənə "salam" göndərmək zəiflikdir

Ukraynanın prezidenti Vladimir Zelenski birinci köməkçisi Sergey Şefirin həyatına sui-qəsdə cəhd edilməsinə münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, bu baraədə "ukranews" məlimat verib.

"Mən Nyu -Yorkdayam, səhər 6 -da, təxminən 2 saat əvvəl birinci köməkçim, yaxın dostum Sergey Şefirin maşını vurulması xəbərini aldım. Şükür ki, Sergey sağdır, sürücü isə təəssüflə bildirirəm ki, yaralı olaraq xəstəxanadadır.

Hüquq -mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir və cinayətkarın ələ keçirilməsi planı üzərində işlənilir. Kriminalistlər bunun sui -qəsd olduğu güman edirlər.

Mən isə BMT Baş Assambleyasında çıxış edəndən dərhal sonra paytaxta dönəcəm. Düzünü desəm, bunun arxasında kimin dayandığını bilmirəm, daxili və ya xarici qüvvənin olduğu hələ məlum deyil. Amma dostumun maşınına meşədən güllə atmaqla mənə "salam" göndərmək zəiflik əlamətidir və onları güc hesab etmirəm. Amma cavab güclü olacaq", - deyə prezident Vladimir Zelenski video müraciətində bildirib.

Dövlət başçısının sözlərinə görə, bu hadisə onun komandasının gücünə, eləcə də dəyişiklik kursuna təsir etməyəcək.

"Bu, komandamızın gücünə təsir göstərməyəcək. Komandamla seçdiyim dəyişiklik kursuna, kölgə iqtisadiyyatına qarşı mübarizə aparmağa, cinayətkarlarla, böyük maliyyə qrupları ilə mübarizəyə planlarımıza təsir etməyəcək. Dəyişiklik etməküçün mənə mandatı Ukrayna xalqı verib", - deyə prezident qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »