Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Ukraynaya gedəcək - Foto
Ərdoğan Ukraynaya gedəcək - Foto

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində görüşüb.

“Dostum Rəcəb Tayyib Ərdoğanla görüş zamanı Ukrayna və Türkiyə əməkdaşlığının bütün spektrini- sərbəst ticarət sahəsindən hərbi-texniki əməkdaşlığa qədər müzakirə etdik. Əlaqələrimiz daha da konkretləşir və praktiki layihələrlə doludur”, - deyə Ukrayna lideri “Twitter” hesabında yazıb.

Vladimir Zelenski Ukrayna-Türkiyə münasibətlərinin strateji xarakterini və siyasi, iqtisadi-ticarət, hərbi-texniki və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Bu barədə Ukrayna prezidentinin rəsmi saytında bildirilir.

Tərəflər Qara dəniz bölgəsində sabit təhlükəsizlik vəziyyətinin saxlanılması məsələsini nəzərdən keçiriblər.

Rəcəb Tayyib Ərdoğan Strateji Əməkdaşlıq Şurasının 10-cu iclasında iştirak etmək üçün Ukraynaya getmək təklifini qəbul edib.(oxu.az)

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »