Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarında artıq yağ qatlarından necə qurtulmaq olar...
Qarında artıq yağ qatlarından necə qurtulmaq olar...

Bir çoxumuz həm sağlamlığımız üçün təhlükəli olan, həm də estetik baxımdan gözəl görünməyən qarın yağlarından şikayətçiyik. Arıqlamaq və bu yağ qatından qurtulmaq üçün müxtəlif yollara baş vururuq. İdman, pəhriz çayları və müxtəlif dərmanlar da bəzən köməyə gəlmir.

Bəs bu artıq yağ qatlarından necə qurtula bilərik?

Mütəxəssislərin fikrincə, qarın yağları təkcə estetik baxımdan narahat etmir, eyni zamanda təzyiq və ürək çatışmazlığı, ürək-damar xəstəlikləri riskini artırır. Çünki yağlar orqanların ətrafına yığılır və onlara zərər verir.

Belə yağlar, visseral yağ adlanır. Bədəndə az göründüyü üçün dərialtı yağlardan fərqli olur. Bu yağların bədənin içində və orqanların ətrafında əmələ gəlir.

Bəzi insanların niyə daha çox daxili orqanlarının piylənməsi araşdırılır. Elm adamları bunu pis qidalanma ilə əlaqələndirirlər.

Dietoloq Samir Quliyevin sözlərinə görə, visseral yağ qaraciyər, böyrəklər, ürək və ağciyərlərə təsir edir və damar tıxıanmasına səbəb olur.

"Bədənində yüksək səviyyədə visseral yağ olan şəxslərin ürək xəstəliyi kimi ciddi sağlamlıq problemləri yaranır. Visseral yağ, əksər hallarda qaraciyər ətrafında yığılır. Bu halda, qaraciyərin bədənin insulininə qarşı müqavimətli hala gəlməsinə səbəb olur. Nəticədə, II tip diabet riskini artırır." 

Şəkər əlavə edilən qidalar bədəniimiz üçün son dərəcə zərərli olan sağlam olmayan qidalardır. ABŞ-da aparılan bəzi araşdırmalara görə, bir insan, il ərzində 69 kiloqram şəkər istifadə edir. Bu isə bir çox xəstəliyin yaranma riskini artırır.

"Şəkər, yüksək kalori olmaqla yanaşı, qida dəyəri olmadığı üçün piylənməyə səbəb olur. Buna görə də şəkərli qidalardan uzaq durmaq tövsiyə edilir. Təbii şəkərsiz içkilər, meyvə şirələri içməli və qəbul etdiyiniz qazlı içkilərin miqdarına fikir verməlisiniz" 

  1. Limon suyu

    Limon suyu, bədən daxili yağların əriməsinə yardım edir. Səhər tezdən acqarına limon suyu içmək faydalıdır. Limon suyu; mədə turşusu səviyyəsini artırır, həzm prosesini asanlaşdırır, qəbul edilən qidaları təsirli şəkildə parçalayır.

    Qaraciyər orqanizmin önəmli orqanıdır və yüzlərlə fərqli funksiyanı yerinə yetirir. Limon suyu, Qaraciyər detoksuna, qaraciyərin düzgün işləməsinə kömək edir.

    Araşdırmalara görə, limon suyu metobalizmanı yaxşılaşdırır, iştahı azaldır və istənilməyən yağları əridir.

  2. Lifli qidalar

    Lif səviyyəsi yüksək olan qidalar yeyin. Diabet, yüksək xolesterol, ürək çatışmazlığı, qəbizlik riskini azaltmaq və həzm sistemini yaxşılaşdırmaq üçün lifli qidalara üstünlük verin.

    Lifli qidalar arqlamağa, daxili yağları əritməyə kömək edir. Çünki lifli qidalar, insanı uzun müddət tox saxlayır.

    Gün ərzində qadınlar 21-25 qram, kişilər isə 30-38 qram lif qəbul etməlidir.

    Meyvələr, kəpəkli taxıllar, tərəvəzlərin tərkibində lif mövcuddur. Lobya, kələm, yulaf, çiyələk, moruq və s. bu kimi qidalar da liflə zəngindir.

  3. Karbonhidrat və proteinə nəzarət

    Arıqlamaq üçün karbonhidrat qəbulunu da nəzarətdə saxlamaq lazımdır. Arıqlamaq üçün qəbul edilən kalorinin 40 faizi karbonhidratlardan, 15-20 faizi keyfiyyətli yağlardan gəlməlidir. Yəni karbonhidratları birdəfəlik kəsmək olmaz, sadəcə azaltmaq lazımdır.

    Protein də bədən çəkisi üçün önəmlidir. Protein çox qəbul edildiyi zaman toxluq hormonu ifraz edilir. Protein, metabolizma sürətini artırır və arıqlama zamanı əzələ kütləsini qorumağa yardımçı olur.

  4. İdman

    Aerobika xarici görkəminizi yaxşılaşdırmaqla yanaşı, ürək sağlamlığınız və ümumi sağlamlığınız üçün əhəmiyyətlidir. Son zamanlar həyata keçirilən bəzi araşdırmalar, aerobikanın arıqlamağa çox faydasının olduğunu sübut edir.

    Piyada gəzmək və yavaş qaçmaqla, daxilinizdə olan təhlükəli yağları əridə bilərsiniz.

  5. Yaşıl çay

    Yaşıl çay, ən sağlam içkidir. Yaşıl çayın tərkibində olan maddələr yağ hüceyrələrinə parçalanması üçün siqnal göndərən hormonların səviyyəsini yüksəldir. Daha sürətli arıqlamaq istəyirsinizsə, səhərlər içdiyiniz bir fincan kofeni yaşıl çayla əvəz edin.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »