Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa qarşı yeni vaksin yaradılıb
Koronavirusa qarşı yeni vaksin yaradılıb

Kaliforniyanın "Qriston" adlı şirkəti "GRT-R910" adlı koronavirusa qarşı yeni vaksin yaradıb.

mRNA vaksinlərinə bənzər tərkibə malik olan "GRT-R910" adlı yeni vaksin bədəndə özünü inkişaf etdirərək, digər koronavirus variantlarına qarşı da müqavimət göstərə bilir. Mütəxəssislər yeni vaksinin pandemiyanı bitirəcəyini düşünürlər.

Artıq vaksin ABŞ Milli Sağlamlıq İnstututu tərəfindən dəstəklənib. Vaksin bədənə vurulduqdan sonra özünü inkişaf etdirməyə başlayır. Və beləliklə, koronavirusun hansı növü olmasına baxmayaraq ona qarşı mübarizə aparır. Vaksinin yaradıcıları, yeni vaksinin əks təsirləri barədə də araşdırma aparıb. Belə ki, iddialara görə yeni vaksinin əks təsirləri digər vaksinlərlə müqayisədə daha azdır.

Mütəxəssislər hesab edir ki, yeni vaksin, Moderna və BioNTechin çox inkişaf etmiş yeni növüdür. Artıq "Qriston" şirkəti vaksini, 60 yaş və daha yaşlı 20 nəfər üzərində sınanılıb, hazırda nəticələrinin açıqlanması gözlənilir.

Şirkətin GEO-s Andryu Allen isə bu vaksinin daha çox təsirli olacağını bildirib. Qiymətinin də uyğun olduğunu iddia edən alimlər, bu vaksinin inkişaf etmiş sistemlərə ehtiyacı olmadığını vurğulayır. Onların firincə, bu vaksin xəstəxanalarda belə yaradıla bilər. Bununla yanaşı koornavirus bitib yeni bir virus epidemiyası meydana gəlsə belə, GRT-R910-nun hazırlanma texnikası ilə yeni epidemiya üçün də vaksin yaradıla bilər. Ancaq dünyanı koronavirisun pəncəsindən qurtara biləcək bu vaksinin hamıya vurulması üçün uzun müddət sınanması lazımdır. Aparılan teorik araşdırmalar sübut edir ki, hər hansı bir problem yaranmasa yeni vaksinin istehsalı arta və dünya bu fəlakətdən qurtula bilər. Alimlər hesab edir ki, bu vaksin bütün dünyanın qurtarıcı ola bilər.

Qeyd edək ki, koronavirusun yeni növü olan COVID-19, 2019-cu ildə Çinin Uhan şəhərində ilk dəfə aşkarlanıb. İki ildən çoxdur ki, dünyanın kabusu olan koronavirusa bu günə qədər 230 milyon 326 min 827 nəfər yoluxub, 4 milyon 722 min 911 nəfər ölüb.

Bu günə qədər dünyanın müxtəlif ölkələrində koronavirusa qarşı vaksinlər hazırlanıb. Onlardan bir neçəsi təsdiqlənib. Hazırda Azərbaycanda Çinin CoronaVak-Sinovak vaksini ilə yanaşı Pfizer vaksini də tətbiq edilir. Koronavirusa qarşı BioNTech, Moderna, Sputnik B və s. vaksinlər yaradılsa da, bu vaksinlərin heç biri 100 faiz zəmanət vermir. Bununla yanaşı, yeni variantlara qarşı az təsirli olur. GRT-R910-nun isə bütün vaksinləri geridə qoyacağı deyilir. Əgər iddialar doğru olarsa, gələn ilə qədər bəşəriyyət koronavirus bəlasından qurtarmış olar.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »