Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
“Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”

Sentyabrın 21 -də İrəvanda Respublika Meydanında Ermənistanın Müstəqillik Gününə həsr olunmuş təntənəli mərasimdə Nikol Paşinyan növbəti dəfə “siyasi quş” buraxıb.

"Məğlubiyyətimizi qələbəyə çevirməliyik. Qəhrəmanlar Ermənistan və Qarabağ uğrunda düşdülər. İki erməni dövləti olduğu müddətcə qəhrəmanlarımız sağdır. Qarabağ və Ermənistan respublikaları inkişaf edərkən onların qurbanlarının mənası yoxdur, çünki söhbət uşaqlarının, qardaş və bacılarının vətənindən gedir ”, - deyə Paşinyan çıxışında bildirib.

Xatırladaq ki, bundan əvvəl onlarla qohum və ölən hərbçilərin valideynləri Yerevanın tam mərkəzindəki Respublika Meydanında konsertlə "rəngarəng" bir tədbir keçirmək qərarından narazılıqlarını bildirmişdilər.

Paşinyanın “iki erməni dövləti” ifadəsini şərh edən Milli Məclisin deputatı, “Böyük Quruluş” Partiyasının sədri Fazil Mustafa bildirib ki, Ermənistanın baş naziri hələ də öz səhvlərindən nəticə çıxarmayıb.

Fazil Mustafa Fazil Mustafa

“Bir dəfə “Qarabağ Ermənistandır” dedi, öz populizmi ilə Ermənistan xalqının minlərlə itki verməsinə, ordusunun darmadağın olunmasına gətirib çıxaran müharibəyə yol açdı. Bu dəfə Paşinyan öz populizmi ilə, deyəsən, Ermənistanı dövlət kimi yer üzündən sildirməyə köklənib”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın şovinist siyasəti nəticəsində nəinki “iki erməni dövləti”, heç bir erməni dövlətinin varlığı belə şübhə altındadır: “Daim qonşulara qarşı ərazi iddiaları, faşizmə söykənən milli ideoloji təbliğat bu ölkənin müstəqilliyini də şübhə altına qoyub. Sual etmək lazımdır, ordusunun yarıdan çoxu məhv olan, sərhədlərini belə özü qoruya bilməyən, müstəqil siyasət yürüdə bilməyən bir ölkə nə haqla suverenlikdən, müstəqillikdən danışa bilər? Biz onların “Artsax” dedikləri qondarma “dövlət”i məhv etdik. Düzdür, insanlarımız hələ də bəzi rayonlarımızda separatçı dəstələrin qalmasına görə narahatdır. Amma zamanla bu məsələ də həllini tapacaq. Azərbaycan siyasi və diplomatik yollarla özünün bütün ərazilərində suverenliyini bərpa edəcək. Bir il əvvəl bu qədər torpaqların işğaldan azad edilməsi kimin ağlına gələrdi? Düşünülmüş və davamlı siyasətlə istədiklərimizə nail olacağıq. Paşinyanın populist, publikaya hesablanan çıxışları isə Ermənistanı bir dövlət kimi məhv olmağa sürükləyəcək”.

Politoloq, Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı isə hesab edir ki, Paşinyanın son aylarda verdiyi “dialoqa meyilli” açıqlamalarla son çıxışı arasında dərin bir ziddiyyət var.

Azər Qasımlı Azər Qasımlı

“Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam, sülh danışıqlarına hazır olduğunu bəyan edən siyasətçi “iki erməni dövləti” ifadəsini işlətməməlidir. Aydın məsələdir ki, onun bu çıxışı publikaya hesablanıb. Lakin bu çıxışı nəinki Azərbaycanda, dünyanın digər ölkələrində də siyasi dairələr izləyib və fikrimcə, Ermənistana qarşı beynəlxalq reaksiya heç də müsbət olmayacaq. Bu yanaşma indiyə qədər gedən pis-yaxşı bütün danışıqların, dialoq cəhdlərinin üstündən xətt çəkir, hətta Ermənistanın özünün bərpa etməyə çalışdığı ATƏT-in Minsk qrupunun formatına da qarşı çıxır. Çünki Minsk Qrupu formatında Azərbaycanın ərazi bütövlüyü əsas prinsip olaraq götürülür. Əgər Paşinyan bu cür ifadələrə davam etsə, yalnız bəyanatlarla yox, əməlində də eyni cür davam etsə, bölgədə hər hansı sülhdən, danışıqlardan söz getməyəcək”, - deyə politoloq vurğulayıb.

O qeyd edib ki, beynəlxalq hüquq nöqteyi nəzərindən hər hansı danışıqlarda iştirak edən və ya iştirak etməyə çalışan dövlət başçısının bu cür bəyanatlar verməsi böyük siyasi səhvdir.

“Populizmlə, separatçı çıxışlarla və başqa dövlətin ərazi bütövlüyünü təhdid edən açıqlamalarla Paşinyan hər hansı dialoqa, münasibətləri normallaşdırmağa nail ola bilməyəcək. İlk növbədə, Ermənistan hakimiyyəti müəyyən etməlidir: Onlar həqiqətən də bölgədə sülhə nail olmaq, qonşuları ilə münasibətləri normallaşdırmaq istəyirlərmi? Əgər öz dialoq niyyətlərində səmimidirlərsə, populizmi bir kənara qoymalıdırlar. Yox, revanşizm niyyətindədirlərsə, bu, Ermənistan üçün çox ağır nəticələr vəd edir. Azərbaycanın ərazisində ikinci bir dövlətin qurulması və ya hətta bundan hər hansı müstəvidə söz getməsi üçün Azərbaycanın həm ordusu, həm də siyasi rıçaqları tamamilə məhv olmalıdır. Yəni, Azərbaycan gərək o qədər zəif, proseslərə təsir edə bilməyən bir dövlətə çevrilsin ki, beynəlxalq güclər onun ərazisində ikinci dövlətin yaradılmasına şərait yaratsınlar, xeyir-dua versinlər. Ona görə də, düşünürəm ki, hazırda sözügedən separatçı rejimin də heç bir perspektivi yoxdur və heç vaxt olmayacaq”,- deyə Azər Qasımlı əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub
››› İşğaldan azad olunmuş ərazidə qolları məftillə bağlı skeletlər tapılıb - Video
››› Moskvada 11 günlük qeyri-iş günləri başlayır
››› "Bu linklərə daxil olmaqla komputer və smartfonunuzla ömürlük vidalaşa bilərsiz"
››› "Barselona"nın baş məşqçisi istefaya göndərilib - Foto
Son xəbərlər
Bütün xəbərlər »