Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mütəxəssislər xəbərdarlıq etdi: Bu il 194 min hektar meşə yandı, qarşıdakı dövrdə daha da artacaq
Mütəxəssislər xəbərdarlıq etdi: Bu il 194 min hektar meşə yandı, qarşıdakı dövrdə daha da artacaq

Türkiyənin İqlim və Enerji Proqramının baş mütəxəssisi Tanyeli Behiç Sabuncu İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) Hesabatını və iqlim dəyişikliyindəki son vəziyyəti təqdim edib

Bizimyol.info xəbər verir ki, Sabuncu açıqlaması zamanı bildirib ki, atmosferdəki temperaturun artması səbəbiylə müşahidə edilən geniş və sürətli dəyişiklik geri dönülməzdir.

“Son on ildə temperatur, buz dövründən bəri ən yüksək dəyərlərə və son 125.000 il əvvəl görünən səviyyəyə çatıb. Türkiyəyə nəzər salsaq, qarşıdakı dövrdə yanğın, sel və eroziyanın sürətlə artacağı gözlənilir.

Türkiyədə bu il indiyə qədər təxminən 194 min hektar meşə sahəsi yanıb. Bu, 2008-2020 -ci illər arasında eyni tarix aralığında bölgədə yandırılan 33 min hektar sahədən təxminən 6 dəfə çoxdur”.

Türkiyə İdarə Heyətinin sədri Uğur Bayar isə açıqlaması zamanı bildirib ki, 1900 il ərzində dünya əhalisinin sayı 1 milyarda çatdıb, lakin 1900-2000-ci illər arasında insan sayında 6 milyar artım olub.

“Hesabatımıza görə, 50 il ərzində yer kürəsində bütün onurğalı canlıların 68 faizi məhv olub. Bu o deməkdir ki, 10 heyvandan 7 –siməhv olub.

Hər il Yerin özünü bərpa etmək qabiliyyətini tükəndiririk. İqlim böhranının təsirlərini hiss edən və qarşısını ala biləcək son nəsil bizik”,-deyə bildirib.

Leyla, Bizimyol.info

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Oktyabrın 27-nə olan hava proqnozu
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
››› Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar
Son xəbərlər
Bütün xəbərlər »