Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Erməni maşınları rədd olur gedir, bizi saxlayırlar...”
“Erməni maşınları rədd olur gedir, bizi saxlayırlar...”

BBC News/ Azərbaycanca İrandan Ermənistan yük daşıyan və Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində Azərbaycanın qurduğu polis postunda saxlanılan güney azərbaycanlı sürücülərdən müsahibə alıb.

virtualaz.org xəbər verir ki, Azərbaycan dilində kifayət qədər yaxşı danışan müxbir Aleksey Manvelyan həmin sürücülərdən bir neçəsi ilə Yerevanın mərkəzi küçələrindən birində söhbətləşib.

Sürücülər danışırlar ki, Azərbaycan tərəfi onlardan yol vergisi tələb etdiyi üçün alternativ yoldan-Tatev yolundan istifadə ediblər. Həmin yol isə ağırtonnajlı yük avtomobilləri üçün yararsız olduğundan maşınları sıradan çıxıb. “Azərbaycan bizdən 380 dollar pul istəyir, 250 gələn baş, 130 da gedən baş. Biz də hey belə pulu versək özümüzə bir şey qalmaz, elə o qədər pul almışıq ki, yük gətirək bura...”,-sürücülərdən biri deyir.

“8 kilometr yola görə 380 dollar torpaqbasdı istəyirlər, 8 kilometrə görə o qədər pul istəmək olar?”,-digər sürücü söhbətə qoşulur.

Sürücülər onu da deyirlər ki, bu günlərdə iki iranlı sürücü Azərbaycan polisi tərəfindən saxlanılıb. “Yükü gətirib bura boşaldıblar, deyiblər gedək Qərabağa. Yükü boşaldıb geri qayıdıblar İrana, təzədən bura yük vurublar, gələndə tutublar, nömrələrini yazıbmışlar...”,-sürücülərdən biri bildirir.

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »