Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsildə bərabərlik: Dövlət məktəbi ilə özəl məktəblərə gedənlər arasındakı fərq
Təhsildə bərabərlik: Dövlət məktəbi ilə özəl məktəblərə gedənlər arasındakı fərq

Nəhayət ki, dərslər açıldı. Bir az ürkərək, bir az çəkinərək, bir az da sevinərək məktəblərə üz tutduq. Pandemiya bu gedişatla davam etsə, 2 il də belə yaşasaydıq daha məcburi qəfəs həyatımıza öyrəncəli olacaqdıq.

Yenidən bağlanacaqmı, bağlanmayacaqmı, bəlli deyil, ən azında keçmiş günlərimizin məşqini, xatırlatmasını etmiş olarıq. Bölgələrdən fərqli olaraq paytaxtımızda məktəblərin açılması ilə tıxac problemi önə çıxır, sevincimiz burnumuzdan tökülür. Dünən çox mühüm bir məmurun ailəsində sürücü işləyən tanışımız deyir ki, boss sabah məktəb açılacaq deyə axşamdan yığıb hamımıza göstəriş verib. Az qala 8 işçini təhkim edib ki, uşağı məktəbə yola salaq."Elə bir uşağı 8 nəfər iki maşınla biz məktəbə aparasıyıq. Tıxac olmasın neyləsin?".Düzdür, hər kəs evdən uşağını belə komanda şəklində yola salmır, amma ən azından her uşağın bir himayədarı mütləq şəkildə yanıyla gedir.

Çox uzaqdan başladım, əslində bu gün toxunmaq istədiyim mövzu məktəblərdə, küçələrdə uşaqların və valideynlərin sıxlıq yaratması deyil. Toxunmaq istədiyim mövzu təhsildə bərabəlik məsələsidir. Bəli bu doöğrudur ki, Azərbaycanda hərmkəsə pulsuz təhsil almaq hüququ veriliB. Dövlət məktəbləri bu imkanları təqdim edir. Sosial statusundan asılı olmayaraq hamı məktəbə gedə bilir. Amma bu da var ki, bu gün pullu təhsil verən özəl məktəblərin şagirdlərə təqdim etdiyi dərs proqramının məzmunu daha zəngin, daha fərqlidir. Hansısa bir xarici liseydə, humnanitar təmayüllü ödənişli məktəbdə təhsil alan şagirdlkə ucqar bir rayonun ucqar kəndində ümumi orta məktəbə gedən eyni yaşdakı uşaqların aldıqları informasiya, bilik arasında xeyli fərq var. Ödənişli məktəbdə təhsil alanları həyata bir sıfır irəlidə başlayırlar. Ali məktəblərə daxil olmaq qaydaları testlə keçiriləndən sonra korrupsiyalaşımış bir cəmiyyətdə Naxırçı Alı kişinin qızı da, hansısa böyük məmurun qızı kimi hüquq fakultəsinə daxil ola bildi. Halbuki bir zamanlar bu fakultənin qapısını yalnız pul kisəsi və dayısı yekə olanlar aça bilərdilər. Bu anlamda bu imkanı bizə təqdim edən kişiləri rəhmətlə anırıq. Amma müxtəlif təbəqəli təhsil formalarının yaranması ilə biz yenidən geriyə dönüş etmirikmi? Deyə bilərsiniz ki qəbul imtahanları orta məktəb proqramı əsasında keçirilir. Amma orta məktəbi yaxşı oxuyan uşaqların heç bir dənəsi də hazırlıq kurslarına, repetitor yanına getmədən o 500-600 balı yığıb nüfuzlu fakultələrin tələbələri ola bilmirlkər. Ödənişli əsaslarla xarici tədris üsulunu əsas götürən məktəblərin yetirmələri yanında adi orta məktəb bitirən şagirdlərin sönük qalması gözələniləndir. Belə çıxır ki, "Alı kişinin qızı" yenə hüquq, tibb, dövlət idarəçiliyi kimi nüfuzlu peşələrə yiyələnə bilməyəcək.

Orta məktəblərin verdiyi təhsil kifayətdirsə niyə valideynlər pullarından bezib repetitorlara üz tuturlar? Kifayət deyilsə dövlət məktəblərinin proqramları zənginləşdirilsin, ya da qəbul imtahanları sadələşdirilsin. Bunu dəfələrlə təhsil ekspertlərimiz də qeyd ediblər. Azərbaycanda ali məktəblərə qəbul imtahanları sadələşdirilməlidir. Qoy, istəyən şəxs o ali məktəblərə daxil olma sevincini yaşasın, amma yalnız yüksək biliyi, bacarığı olanlar diplom sahibi olsunlar. Şəffaflıq da təmin olunsun ki, dipölomun da alınması saxta vaksin pasportunun alınmasına dönməsin. Belə olarsa kimsə ödənişli Avropa məktəblərinin qapılarına həsədlə baxmaz, qaydalar hamı üçün eyni olarsa ədalət də olacaq, sağlam rəqabət də. Bütün dünya Finlandiya təhsil sisteminin üstünlüklərindən danışır, bu barədə biz də dəfələrlə qeyd etmişik. Finlandiyada ən yaxşı , ən bahalı məktəb anlayışı yoxdur, evə ən yaxın məktəb anlayışı var. Çünki bütün ölkənin ərazisində eyni keyfiyyətlə eyni proqram tədris edilir.

Bu gün birincilər əllərinhdə çiçək ilk dəfə məktəb həyatı ilə tanış oldular. Məktəb onların gələcək ömrünün ilk və önəmli pilləsidir. Bu yeni nəsil üçün qüsursuz bir təhsil sisteminin tərtibi arzusu ilə hamısına uğurlar arzulayırıq.

İlhamə, Bizimyol.info

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Yeni Füzuli şəhərinin baş planı necə olacaq...
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
››› “DSX-nın rəhbər şəxsləri hərbi biletimə haqsız yerə xidmətə uyğunsuzluq maddəsi vurub”
Son xəbərlər
Bütün xəbərlər »