Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden: "ABŞ-ın hərbi gücü hər problemə cavab olaraq istifadə edilməməlidir”
Bayden: "ABŞ-ın hərbi gücü hər problemə cavab olaraq istifadə edilməməlidir”

ABŞ Prezidenti Cozef Bayden BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli iclasında çıxış edib.

“Report” xəbər verir ki, prezident ABŞ-ın müharibələrə son verməyə başladığını və bunun heç vaxt həll yolu olmadığını vurğulayıb: “ABŞ-ın hərbi gücü bizim son vasitəmiz olmalı, dünyada gördüyümüz hər problemə cavab olaraq istifadə edilməməlidir”.

C.Bayden ABŞ-ın öz dəyərlərinə və strategiyasına sadiq qalacağını deyib: “Güclü ölkələrin zəif ölkələri əzmək və torpaqlarını ələ keçirmək səylərinə qarşı çıxacağıq. Yeni bir soyuq müharibənin arxasınca qaçmırıq”.

Prezident Yaxın Şərqdəki münaqişələrin həll olunması üçün səylərini davam etdirdiyini bildirib: “Bu həll yolu üçün hazırda çox iş görməliyik”.

Nüvə silahlarından təmizlənmə mövzusuna üstünlük verəcəyini qeyd edən C.Bayden ABŞ-ın İranın nüvə silahı əldə etməsinin qarşısını alması üçün verdiyi sözə əməl edəcəyini nəzərə çatdırıb: “İranın nüvə sazişinin şərtlərinə qayıtmasını təmin etmək üçün 5+1 (Çin, Fransa, Rusiya, İngiltərə, ABŞ, Almaniya) ölkələri ilə diplomatik səylərimizi davam etdiririk. İran nüvə anlaşmasının şərtlərinə qayıtsa, biz də eynisini etməyə hazırıq”.

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub
››› İşğaldan azad olunmuş ərazidə qolları məftillə bağlı skeletlər tapılıb - Video
››› Moskvada 11 günlük qeyri-iş günləri başlayır
››› "Bu linklərə daxil olmaqla komputer və smartfonunuzla ömürlük vidalaşa bilərsiz"
››› "Barselona"nın baş məşqçisi istefaya göndərilib - Foto
Son xəbərlər
Bütün xəbərlər »