Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda sığorta şirkətləri bir çox maşınları sığorta etməkdən boyun qaçırır
Azərbaycanda sığorta şirkətləri bir çox maşınları sığorta etməkdən boyun qaçırır

Son zamanlar sosial şəbəkələrdə yerli sığorta şirkətlərindən narazılıqlar yayılmaqdadır.

Bizimyol.info xəbər verir ki, əsas şikayətlər yerli sığorta şirkətləri tərəfindən müəyyən “siyahı”da olan avtomobilləri icbari sığorta etməkdən imtina edirlər.

Yayılan şikayətlərə görə, şirkətlər taksi və avtobus fəaliyyəti ilə məşğul olan bir sıra nəqliyyat vasitələrini sığorta öhdəliyinə götürmürlər.

Ekspert İlkin İbrahimov agentliklər tərəfindən qəbul edilməyən avtomobillərin siyahısını da təqdim edib. Burada “AzSamand”, “Khazar”, “Ravon”, “London Taksi”, “MG”, “Saipa”nın bütün modelləri, qoşqu və yarımqoşqular, “Daewo”, “Hyundai”, “KİA”, “Renault”, “Lada”, “Opel” və s. markaların bir sıra modelləri 2016-dək olan “Toyota Prius”, “Baic” və digər avtomobillər qeyd olunub (lent.az).

Sığorta şirkətlərindən birinin adının hallanmasını istəməyən əməkdaşı Bizimyol.info saytına bildirib ki, son aylarda nəinki kasko, hətta icbari sığorta etməklə bağlı rəhbərlik tərəfindən məhdudiyyətlərlə üzləşirlər: “Qapanmalardan sonra avtomobili olan şəxslərin çoxu taksi fəaliyyətinə keçib. Taksidə sürülən avtomobillərin çoxu ucuz və orta qiymətə olan avtomobil markalarıdır və şirkətlər bu avtomobilləri sığortalamaqdan boyun qaçırır. Bu da həm sürücülərin, həm də agentlərin narazılığına səbəb olur. Çünki sığorta agentinin də qazancı sığortaların yazılmasından çıxır”.

Onun sözlərinə görə, son aylarda yol hadisələri çox olur və bunların çoxunda taksilər iştirak edir: “Sığorta şirkətləri tez-tez sürücülərə sığorta ödənişi etməli olur. Bu da əlverişli sayılmır. Rəhbərlik də hesab edir ki, qazancdan çox zərər olur. Buna görə də, bir çox sığorta şirkətləri sözləşərək belə razılığa gəliblər. Bircə Dövlət Sığorta Şirkəti icbari sığortalar edir, çünki o şirkətin kiməsə rədd cavabı verməyə ixtiyarları yoxdur, dövlətə aiddir”.

Həmsöhbətimiz vurğulayıb ki, əsasən “Khazar”, “Ravon”, “Azsamand”, “Kia”, “Toyota Prius”, “Dong feng” və “Opel” markalı avtomobillər sığorta şirkətləri üçün “arzuolunmaz siyahı”ya daxil edilib.

“Günay Sığorta” şirkətinin satış meneceri Vüsal Əsgərov Bizimyol.info saytına bildirib ki, burda hər hansı qadağadan söz gedə bilməz: “Biz bütün markalı avtomobillərə icbari sığorta edirik. Bunu qanunla etməliyik. Lakin “kasko” sığortalar artıq könüllüdür. Əməkdaşımız həmin vasitələrə və sənədlərə baxdıqdan sonra rəy verir, həmin avtomobilə “kasko” sığorta verilib-verilməməsinə qərar verilir. Mən keçən həftə 2008-ci ilin “Prius”una sığorta yazmışam. Bu zaman istehsal ilinə də fikir verilir”.

Son aylarda nə qədər müştəriyə geri ödəniş olunması barədə soruşduq, cavab belə oldu: “Mən satış üzrə çalışıram, o məlumat məndə yoxdur”.

“Atəşgah sığorta”nın nümayəndəsi Ülviyyə Məmmədova da bildirib ki, onlarda hər hansı “siyahı” yoxdur: “Bizdə icbari sığorta ilə bağlı hər hansı seçimli yanaşma yoxdur. Lakin “kasko” sığortalarla bağlı əməkdaşlar avtomobilə və sənədlərə baxdıqdan sonra qərar verirlər.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Rusiya Telman İsmayılovun ekstradisiyasını tələb edib
››› Türkiyədə dolların rekord bahalaşması Azərbaycana təsir edəcəkmi...
››› Putin Azərbaycan və Ermənistan rəhbərlərinin çıxışlarına münasibət bildirib
››› Lotereyada udacağını yuxuda gördü və milyonçu oldu
››› Ermənistanın cinayət ortağı ifşa olundu
››› 40 yaşlı kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
››› Məsciddə partlayış törədilib, ölənlərin sayı 30 nəfərdən çoxdur
Son xəbərlər
Bütün xəbərlər »