Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyonçu şousunda mükafat məbləğləri artırılıb
Milyonçu şousunda mükafat məbləğləri artırılıb

Türkiyədə milli valyutanın dəyərinin aşağı düşməsi “Kim milyonçu olmaq istər” layihəsində dəyişiklik zərurəti yaradıb. Şouda mükafat məbləğlərini artırıblar.

Bizimyol.info xəbər verir ki, bundan sonra ilk suala cavab verən iştirakçı 500 yox, 1000 lirə qazanacaq. Yəni birinci addımın uğurlu olması təxminən 200 manat əldə etmək anlamına gələcək.

Əsas dəyişikliklərdən biri odur ki, 7-ci sualda itirilməyən məbləğ (15 min lirə) ləğv edilib. İştirakçılar yarışın ekvator xəttini keçəndən sonra 30 min lirə qazanacaq. Bundan başqa, 125 min və 250 min lirə mükafat məbləğləri də olmayacaq. Əvəzində 100 min, 200 min, 400 min lirə mərhələləri əlavə edilib.

Maraqlıdır ki, şounun təşkilatçıları əsas məbləği dəyişməyiblər. Bütün suallara düzgün cavab vermis şəxs yenə 1 milyon lirə qazanacaq.

Sıralamanın belə olması nəzərdə tutulub: 1000, 2000, 3000, 5000, 7500, 10000, 30000, 50000, 100000, 200000, 400000, 1000000 lirə.

“Kim milyonçu olmaq istər” layihəsi Türkiyə televiziyasında ilk dəfə 2011-ci il avqustun 2-də görülüb. İlk aparıcı Kenan Işık olub. Üç il sonra onu Selçuk Yöntem əvəz edib. Ardınca Murat Yıldırım aparıcılıq funksiyasını üzərinə götürüb. 2019-cu ildən Kenan İmirzalıoğlu iştirakçıların qarşısına çıxır.

Buna qədər Türkiyədə bu qəbildən olan, amma bir az fərqli layihələr ekrana çıxırdı. “Show TV” “Kim 500 milyard istər” şousunu efirə verirdi. Türkiyə lirəsində sıfırların atılmasından sonra layihə “Kim 500 min istər” adlanmağa başlamışdı. “Show TV” estafeti “Star Tv” kanalına verəndə şounun adı da dəyişdirilmişdi. Onda “Kim 1 milyon istər” variantının üzərində dayanılmışdı.

İndiyə qədər “Kim milyonçu olmaq istər”in 951 bölümü yayımlanıb. Layihənin əvvəlki versiyalarında heç kim ən yüksək mükafatı əldə edə bilməmişdi. Amma “Kim milyonçu olmaq istər”də 1 milyon lirə qazanan olub. 2019-cu ilin sentyabrında Arda Ayten bütün suallara düz cavab vermişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »