Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Krım seçkilərini rədd elədi, Kreml reaksiya verdi
Türkiyə Krım seçkilərini rədd elədi, Kreml reaksiya verdi

Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov Türkiyənin Krımda keçirilən seçkiləri rədd etməsindən təəssüfləndiklərini deyib.

“Biz bu cür bəyanatları qəbul etmirik. Və bu barədə türk həmkarlarımızla açıq danışırıq. Krım mövqelərimizin diametrik olaraq fərqləndiyi bir mövzudur. Türkiyənin bu mövqeyindən təəssüflənirik. Ancaq eyni zamanda ümid edirik ki, zaman keçdikcə siyasi iradə göstəriləcək və Türkiyə mövqeyini dəyişəcək, sadəcə, həqiqətə və işin real vəziyyətinə hörmətlə yanaşacaq",- deyə Peskov bildirib.

Dmitri Peskov Dmitri Peskov

Eyni zamanda, o, Türkiyənin şübhəsiz ki, Rusiyanın tərəfdaşı olduğunu və mövcud fikir ayrılıqlarının ikitərəfli münasibətlərin inkişafına mane olmadığını vurğulayıb: "Bu qarşılıqlı əlaqə davam etməlidir, çünki bu sizin və mənim, ilk növbədə Rusiya tərəfinin, həm də Türkiyə tərəfinin maraqlarına uyğundur. Fikir ayrılıqlarına gəlincə, bu nöqtələrdə mövqeyimizi izah edərək və gec-tez mövqelərimizi yaxınlaşdıra biləcəyimizi hesablayaraq Türkiyə tərəfi ilə işləməyə davam edəcəyik".

Daha əvvəl Türkiyə Xarici İşlər Nazirliyi Rusiya Dövlət Dumasına seçkilərin Krımda təşkilini qeyri-qanuni adlandırıb. Nazirlik açıqlamasında "Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edir və Krımın ilhaqını qanunsuz hesab edir" deyə bəyan edib.

Bizimyol.info

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› "Evlərin qiymətində artım daha çox müşahidə ediləcək"
››› Erməni sevdalıları bəyanat boxçalarını açır
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
Son xəbərlər
Bütün xəbərlər »