Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Ukraynaya görə Rusiya qarşısında şərt qoyur
ABŞ Ukraynaya görə Rusiya qarşısında şərt qoyur

Rusiya üçün “Şimal axını-2” layihəsinin işlək mexanizmə çevrilməsi çox vacibdir. Şimal dövlətini milyardlarla qazanc gözləyir. Amma ABŞ Rusiya qarşısında şərt qoyur. Vaşinqton Kremli marşrutun Ukraynadan keçməsi şərti ilə Avropanı sürətli şəkildə təbii yanacaqla təmin etməyə çağırır.

Bizimyol.info xəbər verir ki, Co Bayden administrasiyası Rusiyadan Avropaya təbii qaz ixracının məhdudlaşdırılmasından getdikcə daha çox narahatdır. Çünki bəzi Avropa ölkələrinin qızşda çox soyuq olacağı təqdirdə evləri qızdırmaq üçün yetərincə qazı olmaya bilər. Bu fikri ABŞ-ın enerji təhlükəsizliyi üzrə xüsusi nümayəndəsi də dilə gətirib. Dövlət Departamentinin enerji məsələləri üzrə baş məsləhətçisi Amos Hoxşteyn Rusiyadan qaz tədarükünün “izah edilə bilməyəcək qədər aşağı” olduğunu və Kremlin oktyabr üçün əlavə tranzit tutumu reallaşdırmadığı barədə bazar ertəsi xəbərlərinin narahatlığı artırdığını bildirib.

Xüsusi nümayəndənin narahatlığı əbəs deyil. Avropanın qaz anbarları tam dolmayıb. Ümumi tədarükün yalnız 72 faizi görülüb. Bir neçə həftə sonra havalar soyuyacaq. Qaz tədürükü ilə bağlı son 10 ilin ən aşağı göstəricisi qeydə alınıb. Avropanı çox çətin qış gözləyir.

Rusiya əlavə tutum almaqdan niyə imtina etdiyini açıqlamır. Hoxşteyn bunu siyasi addım kimi dəyərləndirir. Rusiya qaz kəmərinin istifadəyə verilməsini sürətləndirmək istəyir. Bu halda Ukrayna proseslərdən kənarda qalır. ABŞ isə hadisələrin bu gedişində tamamlanmış boru kəmərinin əleyhinə çıxmaqdan çəkinmir.

Hoxşteyn deyib ki, Ukraynadan keçən qaz kəmərləri Avropanı kifayət qədər qazla təmin edə bilər. Baş məsləhətçi Kremlin məhz bu variantdan istifadə etməli olduğunu düşünür.

Rusiya “Şimal axını-2” layihəsinə 10 milyard avroya yaxın xərc çəkib. Qaz kəmərinin uzunluğu 1234 kilometrə çatır. Boru Avropaya ildə 55 milyard kubmetr təbii qazı çatdırmaq gücündədir. Qaz kəməri Rusiya, Finlandiya, İsveç, Danimarka və Almaniyanın ərazisindən keçir. ABŞ isə Ukrayna marşrutunun Avropaya qaz nəqlini xeyli sürətləndirə biləcəyini əsas arqument kimi göstərir.

Bizimyol.info

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› “Elə sahibkarlar var ki, şəxsi kapitalları belə qalmadı və tamamilə iflas oldu”
››› Oktyabrın 27-nə olan hava proqnozu
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »