Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qadınların 80 faizi bu dövrdə istilik və gecə tərləmələri yaşayır"
"Qadınların 80 faizi bu dövrdə istilik və gecə tərləmələri yaşayır"

Klimaks həm bədənə, həm də beyinə təsir edir. İstilik, gecə tərləmələri, yuxu pozulması, saç və dəridə dəyişikliklər, həzm sistemi problemləri, gərginlik, depresiv əhval ruhiyə müşahidə edilir.

Həkim ginekoloq Xoşqədəm İbrahimova Bizimyol.info saytına açıqlamasında bildirib ki, ostrogen səviyyəsində azalma ilə dərk etmə zəifləyə bilər. Bu zaman klimaksın az müşahidə edilən əlamətlərindən beyin dumanlanması baş verə bilər. Həkimin sözlərinə görə, klimaks qadınlar üçün uşaqlıq, yeniyetməlik kimi həyatın bir dönəmidir və xəstəlik kimi qəbul edilməməlidir. Qadınların yumurtalıqlarında olan yumurtaların sayının azalması və bitməsi ilə qadının ana olabiləcəyi dövr də sona çatır.

Həkim qeyd edir ki, bir il müddətində menstruasiya olmamaq klimaksın başlaması deməkdir. Klimaskın hansı dövrdə başlaması genetik amillərə bağlıdır. Digər faktorlar arasında; irq, qidalanma, siqaret və alkoqollu içkilər və s. ola bilər. Bir ailədə aədətən qadınlar bənzər yaşlarda klimaksa girir.

Qadının neçə dəfə ana olması, uzun əmizdirmə müddəti, radioterapiya, kimyaterapiya və cərrahi əməliyyatlar da klimaks dövrünün başlanması vaxtına təsir edə bilir.

"Kənar təsirlərdən psixiatrik travmalar, həbs həyatı, zəlzələ, miqrasiya klimaksın tez başlamasına səbəb ola bilər. Bundan başqa soyuq iqlimlərdə yaşayan qadınlar, daha erkən yaşlarla klimaks olur. Qadınların 80 faizi bu dövrdə istilik və gecə tərləmələri yaşayır.

Klimaks dönəmində qanaxmalar əvvəlcə tez-tez müşahidə edilsə də, sonradan ara müddəti uzanır. Qanaxmanın miqdarında artma və ya azalma fərqli olur. Qanaxma, uzun müddət və çox miqdarda davam etdiyi təqdirdə həkimə müraciət etmək lazımdır.

Klimaks dövründəki istiliyi; irqi və genetik faktorlar, kafein, siqaret, sosio-iqtisadi vəziyyət, ədviyyatlı yeməklər stress və isti mühit artıra bilər. İstiliyin artması müvəqqəti bir dövrdür və qarşısını almaq mümkündür" - deyə həkim bildirib.

Rahat, hava alan geyimlər geyinmək, pambıq geyimlər və yataq örtükləri istifadə etmək şikayətləri azalda bilər.

"Ostrogen azalması ilə bağlı vaginada quruluq və sidik yolu infeksiyalarında artım müşahidə edilə bilər. Həkim məsləhəti ilə quruluq üçün bəzi kremlərdən istifadə etmək olar. Mütəmadi cinsi əlaqə vaginadakı dəyişiklikləri azalda bilər. Klimaks dövründə saç, dəri və tər vəzilərində bəzi dəyişikliklər ola bilər. Saç dərisi nazilir və dəridəki kollagen miqdarı azalır. Saç teli miqdarında da azalma müşahidə edilir və yaraların sağalması gecikir. Bu dövrdə çoxlu maye qəbul edilməli və dəri nəmləndirilməlidir. Klimaks dövründə ağız və diş əti xəstəlikləri arta bilər. Həzm sistemi dəyişiklikləri qəbizlik, öd kisəsi daşı və s. kimi problemlər üzə çıxa bilər" - deyə həkim vurğulayıb.

X.İbrahimova qeyd edib ki, bu dövrdə ürək xəstəlikləri və sümük əriməsinə də meyil ola bilər. Bu dönəmdə hormon müalicəsi aparıla bilər. Ancaq uzunmüddətli hormon müalicəsi süd vəzisi xəçənginə, qan laxtalanmasına və s. səbəb ola bilər.

"Bu vəziyyətdə əsəbilik, gərginlik, depresiv əhval ruhiyə müşahidə edilə bilər. Psixoloji dəyişikliklərin qarşısını almaq üçün meditasiya və idmanla məşğul olmaq tövsiyyə edilir.

Xüsusilə, istilik zamanı 4 saniyə nəfəs almaq, 7 saniyə nəfəsi tutmaq və 8 saniyədə nəfəsi vermək rahatlamağa kömək edər. Digər dəyişiklik isə, yuxu nizamında müşahidə edilir. Yuxuya getmə zamanı çətinlik, yatma müddətinin azalması, yuxuda tərləmələr müşahidə edilə bilər" - deyə həkim əlavə edib.

Klimaks dövründə gecələr yata bilmək və yuxu nizamını qaydasına salmaq üçün yemək payını azaltmaq, kafeinli içkilərdən uzaq olmaq, gündüz yatmamaq, yatmamışdan öncə ilıq süd və ya melisa, çobanyastığı və s. bitki çaylarından içmək tövsiyyə edilir.

İlahin, Bizimyol.info

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› "Evlərin qiymətində artım daha çox müşahidə ediləcək"
››› Erməni sevdalıları bəyanat boxçalarını açır
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
Son xəbərlər
Bütün xəbərlər »