Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Liviya parlamenti hökumətə etimad göstərməyib
Liviya parlamenti hökumətə etimad göstərməyib

Liviya parlamenti sentyabrın 21-də Abdel Hamid Dbeyba hökumətinə etimad göstərməyib.

“Report” TASS-a xəbər verir ki, bunu Liviya Nümayəndələr Palatasının sözçüsü Abdullah Blihak bildirib.

“Parlamentn sədri Akil Salehin və iki müavininin iştirak etdiyi qapalı iclasda 113 deputatdan 89-u Abdel Hamid Dbeybanın başçılıq etdiyi Milli Birlik Hökumətinə etmad göstərilməsinin əleyhinə səs verib”, - o deyib.

Liviya paytaxtı Tripolidə yerləşən Ali Dövlət Şurasının sözçüsü Nazirlər Kabinetinə etimad qaydasını rədd edərək bildirib ki, hökumətə etimadın göstərilməməsi Konstitusiya Bəyannaməsi və siyasi razılaşmaya zidd olduğu üçün etibarsız sayılır.

Xatırladaq ki, Liviya hökuməti martın 10-da etimad qazanıb. Dbeybanın başçılıq etdiyi hökumət 35 nazir və baş nazirin müavinindən ibarətdir. Hökumətin səlahiyyət müddəti 2021-ci il dekabrın 24-də başa çatır. Bu tarixdə Liviyada seçkilərin keçiriləcəyi gözlənilir. Parlamentin bu addımı hakimiyyətin işini blok və seçkilərə hazırlaşmağı mümkünsüz edir.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
Son xəbərlər
Bütün xəbərlər »