Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DSX və DTX əməliyyat keçirib, saxlanılanlar var
DSX və DTX əməliyyat keçirib, saxlanılanlar var

Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfi­zəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin güclən­dirilməsi, qaçaqmalçılıq və digər qanunsuz fəaliyyətlər ilə mübarizə sahəsində tədbirlər dаvаm еtdirilməkdədir.

Bizimyol.info xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin mətbuat xərkəzindən verilən məlumata görə, cari ilin sentyabr ayının 21-də DSX və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi birgə tədbir nəticəsində dənizdə külli miqdarda tütün məmulatlarının qanunsuz qaçaqmal­çılığının qarşısı alınıb.

Salyan rayonu istiqamətindən naməlum 2 üzmə vasitəsinin rejim qayda­larını pozaraq icazəsiz olaraq gecə vaxtı dənizə çıxması barədə qabaqlayıcı məlumata əsasən DSX-nin Sahil Mühafizəsinin Xəzər dənizi­nin cənub istqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi qeyd olunan əraziyə göndərilib. Texniki müşahidə avadanlıqları və radarlar vasitəsilə üzmə vasitələrinin hərəkəti nəzarətə götürülmüş, sahildən 1.6 mil məsafədə 2 nəfər heyət üzvü olan 1 ədəd bort nömrəsiz “Yamaha-8” mühərrikli taxta tipli qayıq və onun yedəyində mühərrik­siz rezin qayıq saxlanılıb.

Üzmə vasitələrinin heyəti özlərini Neftçala rayonu, Qoltuq kənd sakinləri 1978-ci il təvəllüdlü Quliyev Süleyman Qəhrəman oğlu və 1987-ci il təvəllüdlü Abuşov Sahib Qarakişi oğlu kimi təqdim ediblər.

Qayıqlara baxış zamanı ümumilikdə 48 680 qutu müxtəlif növ tütün məmulatları (“Manchester”, “Magna”, “Senator”, “Kent”, “Platinum”, “King”, “Want”) aşkar edilib.

Fаkt ilə bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »