Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Niyə qasırğalara qadın adları verilir?..
Niyə qasırğalara qadın adları verilir?..

Niyə qasırğalara qadın adları verilir? Yəqin fikir vermisiniz, uzun illərdir ki, qasırğalara qadın adları verilir. ABŞ-nı darmadağın edən "Katerina" qasırğası, "İren", "Sandi","İsabel" və s. adlı qasırğalar dünyaya təsir edən təbiət hadisələridir.

Bəs bu qasırğalar niyə kişi adı ilə adlandırılmır?

Qasırğalar kimi təbiət faciələrinə qadın adlarının verilməsi cinsi ayrıseçkilik kimi qəbul edilsə də, əslində bu belə deyil. Qasırğalara rəsmən ad verilmə məsələsi ənənəsi 1953-cü ildən başlayıb. Bu zamana qədər qasırğalara ad verilmirdi. Bu vəziyyət isə, Dünya Meteorologiya Təşkilatının vəziyyətini çətinləşirirdi. Çıxdığı bölgələrə görə adlandırılan qasırğalra meteoroloqlar öz aralarında sevgililərinin adını verirdi. 1900-cü illərin başlanğıcına qədər meteoroloqların hamısı kişi olduğu üçün qasırğa adlarının hamısı qadın adı ilə adlandırılıb.

Qasırğalar da qadınlar kimidir, onları təxmin etmək olmur....

ABŞ dünyada sözü keçən bir ölkə olduğu üçün qasırğa adları mövzusunda da dünyaya təsir edə bilib. 1953-cü ildən qasırğalar rəsmən adlandırılmağa başlanıb. Onlara qadın adlarının verilməsi adət olduğu üçün bu adətə yenə də davam etdirilməyə başlanılıb.

ABŞ rəsmilərinin fikrincə, "qasırğalar qadınlar kimidir, onları təxmin etmək, kəşf etmək çətindir. Onların da qadınlar kimi nə zaman-nə qədər zərər verəcəyi bilinməz.

Qadınların hüquqlarının müdafiəsi üzrə fəal Roksi Bolton, 1950-ci illərdə Florida Qadın Təşkilatını yaradaraq həyatını bu sahədə fəaliyyətlərə həsr edib. 1953-cü ildən qasırğalara qadın adının verilməsinə qarşı çıxaraq müxtəlif kampaniyalar təşkil edən Roksi, 1970-ci illərdə nəticə əldə edə bilib. 1979-cu illərdən ABŞ, qasırğalara təkcə qadın adı verməkdən imtina etdi. Roksi Bolton sayəsində bu vəziyyət dəyişsə də, bu dəyişiklik uzun müddət qəbul edilmirdi. Hətta 1986-cı ildə "Washington Post" qəzetində kişi adlarının romantizm əks etdirmədiyi sərt şəkildə müdafiə edildi.

Bir müddətdir ki, qasırğalar həm kişi, həm qadın adı ilə adlandırılır. Baş hərfi q, u, x, y və z istisna olmaqla, 6 ildən bir hər ilə özəl olaraq 21 qadın və kişi adı seçilir və qasırğalar baş verdikdə bu adlarla adlandırılır. Əgər bir ildə 21-dən çox qasırğa baş versə,bu zaman Yunan əlifbası ilə başlayan adlara üstünlük verilir.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
››› Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
Son xəbərlər
Bütün xəbərlər »