Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hava kirliliyi əhali sayının və avtomobillərin çox olmasından qaynaqlanır"
"Hava kirliliyi əhali sayının və avtomobillərin çox olmasından qaynaqlanır"

İnsanlar və ya digər canlı orqanizmlərə zərər verən, narahat edən və sağlamlığını təhlükəyə atan zərərli kimyəvi maddələrin havaya atılmasına hava kirliliyi deyilir.

1990-cı illərdə ətarf mühiti kirləndirən sənaye müəssisələrinin əksəriyyətinin fəaliyyəti dayandırıldıqdan sonra atmosferə atılan zərərli maddələrin miqdarı azaldı. Həmin dövrdə Azərbaycanın 5 böyük şəhərində sənaye müəssisələrinin havanı zəhərlədiyi qeyd edilirdi. Müəssisələr bağlandıqdan sonra kirlənmə az da olsa azaldı. Ancaq Bakıda əhalinin və nəqliyyat vasitələrinin artmasından sonra Bakını havası təmiz şəhər adlandırmaq olmaz. Bakının atmosferinin təmizlənməsi üçün isə, əhalinin digər bölgələrə paylanması və nəqliyyat vasitələrinin azaldılması lazımdır.

Eyni hal, Sumqayıtda da özünü göstərir. Bu günlərdə sosial şəbəkələrdə Sumqayıt şəhərində də zavodların birinin bacasından havaya zərərli qazların qazların atıldığını əks etdirən video paylaşılmışdı. Videonu paylaşan şəxslər, Sumqayıtın havasının necə kirləndiyini isbat etməyə çalışmışdı.

İddiaya görə, havanı kirlədən Etilen-Polietilen zavodu idi. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Bizimyol.info saytına bildirirlib ki, havaya atılan qara tüstüyə görə Etilen-Polietilen zavodunda araşdırma aparılır.

Xidmətin regional idarəsinin rəsmisi Fərid Piriyev qeyd edib ki, 19 sentyabr 2021-ci il tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıtda fəaliyyət göstərən "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodundan havaya qara tüstünün yayılması müşahidə olunub: "Hazırda, faktla bağlı araşdırma aparılır".

Ekoloq Vaqif Əliyevin sözlərinə görə, hava kirliliyi müxtəlif xəstəliklərə, allergiyaya və ölümə səbəb olmaqla yanaşı, digər canlı orqanzimlərə, təbiətə zərər verir. Mütəxəssis bildirir ki, hava kirliliyi antropgen amillərə bağlıdır.

  • ÜST-ün 2014-cü ildə verdiyi məlumatlara görə, hava kirliliyi 2012-ci ildə 7 milyon insanın ölümünə səbəb olub.
  • Beynəlxalq Enerji Agentliyinin araşdırmasına görə isə, hər il dünyada 6,5 milyon insan hava kirliliyinin qurbanı olur.

"Xüsusilə, böyük şəhərlərin problemi olan hava kirliliyi atmosferin təbii tərkibini dəyişməyə başlayır. Atmosfer, təbii mexanizma ilə özünə qarışan zərərli maddələri zərərsiz hala gətirə bilmə xüsusiyyətinə sahib olsa, bu madələrin miqdarı artdığı zaman atmosfer onları təmizləyə bilmir və bu da hava kirliliyinə səbəb olur. Hava kirliliyi böyük şəhərlərdə əhali sayının və avtomobillərin çox olmasından qaynaqlanır".

ABŞ-da hər il 200 milyon ton kirlədici atmosferə atılır. Mütəxəssis bildirir ki, atmosferə atılan zərərli maddələr sonra buxarlaşaraq yer üzünə istixana effekti verir. Onun sözlərinə görə, atmosfer müxtəlif çirkləndiricilərlə çirklənir. Bura təbii qaynaqlar: toz fırtınaları, metan, radon qazı, duman, meşə yanğınları, vulkanlar, okean dalğaları və bitki örtüyü daxilir. Bu sadalananlar təbii qaynaqlardır. Antropogen amillərə gəldikdə isə, bura kağız sənayesi, enerji stansiyaları, fabrik və zavodlar, gübrələr, dəmir-polad, plastik, nəqliyyat, isinmə və s. aiddir.

Ekspert qeyd edir ki, qış aylarında minlərlə insan, sağlamlıq üçün təhlükəli olan isitmə sistemindən istifadə edərək xəstələnir. Yəni, hava çirkliliyi iqtisadiyyata zərər verməklə yanaşı, sağlamlıq üçün də böyük təhlükə mənbəyidir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »