Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"COVİD-19" pasportu satan feldşerlə bağlı araşdırma aparılır
"COVİD-19" pasportu satan feldşerlə bağlı araşdırma aparılır

Daxil olmuş məlumat və aparılan yoxlamalar nəticəsində pul müqabilində bəzi vətəndaşların saxta COVİD-19 pasportu ilə təmin edilmələri məlum olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə rayon sakini Sadiq Şərbətovun

vətəndaşlara vaksin vurulmadan saxta COVID-19 pasportu təşkil etməsi barədə

daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun

3 nəfərə saxta COVID-19 pasportu satışını təşkil etməsi müəyyən edilib.

S.Şərbətov həmin 3 nəfərin birinci doza peyvənd vurulmasının qeyd olunmasından

ötrü şəxsiyyət vəsiqələrini və hər biri üçün 100 manat pulu Lerik rayon sakini Mahir

Əliyevə göndərib. M.Əliyev də öz növbəsində həmin sənədləri və pulu Lerik Rayon

Mərkəzi Xəstəxanasının Daster kənd həkim məntəqəsinin feldşeri Anar Məstəliyevə

göndərərək COVİD-19 pasportlarının hazırlanmasını təşkil edib.

M.Əliyevin mobil telefonuna baxış keçirilən zaman respublikanın müxtəlif şəhər və

rayon sakinlərinin şəxsiyyət vəsiqələrinin şəkillərini “Whatsapp” ani mesajlaşma proqramı

vasitəsilə qəbul etməsi və onlar üçün hazırlanmış saxta COVID-19 pasportlarının

fotoşəkillərinin geri göndərilməsi müəyyən edilib.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma

aparılır.

Son xəbərlər
Bütün xəbərlər »