Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilir
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilir

Bu gün Dövlət Gomrük Komitəsi yanında İctimai Şuraya seçkilərə start verilib. Şeçkilərdə 23 namizəd mübarizə aparır. Xatırladaq ki, Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya 13 nəfər namizəd üzv seçiləcək.

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın yaradılması istiqamətində Komitə sədrinin sərəncamı ilə İctimai Şura seçkilərinin təşkil edilməsi məqsədilə seçki komissiyası yaradılıb. Seçki komissiyasının 17 iyul 2021-ci tarixli qərarı ilə 27 iyuldan 23 avqusta qədər İctimai Şura üzvlüyünə namizədlərin qeydiyyatı həyata keçirilib.

İctimai Şuraya namizədliyi irəli sürülmüş vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 23 nəfərinin namizədliyi qeydə alınıb. Namizədlərin qeydiyyat prosesi yekunlaşdıqdan sonra 2 sentyabrdan 11 sentyabra qədər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda səsvermədə iştirak edəcək seçicilərin qeydiyyatı aparılıb. Vətəndaş cəmiyyəti institutlarının 277 nəfər nümayəndəsinin İctimai Şuraya üzvlərin seçilməsi məqsədilə keçirilən şeçkilərdə iştirakı qeydə alınıb.

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilir

İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair əsasnamənin 309-cu bəndinə əsasən, səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış şəxslər İctimai Şuranın tərkibinə seçilmiş hesab olunacaqlar.

Səsvermə bu gün saat 16:00-da bitəcək və seçkinin nəticələrinə dair yekun protokol tərtib edilərək seçki komissiyasının üzvləri tərəfindən imzalanacaq.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Paylaş »
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
Son xəbərlər
Bütün xəbərlər »