Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəşəriyyət zəhərli mikroblar dövrünə qədəm basır
Bəşəriyyət zəhərli mikroblar dövrünə qədəm basır

252 milyon il əvvəl canıların kütləvi məhvi istixana qazları, temperaturun yüksəlməsi və artıq qida maddələrindən qaynaqlandı və bu gün də bəşəriyyət eyni yolla gedir.

"Yer üzündə ən ciddi kütləvi məhv təxminən 252 milyon il əvvəl baş verdi və buna alimlər tərəfindən "zəhərli şorba " adı verildi. Elm adamları bu gün insanların eyni yolla getməsi barədə xəbərdar edirlər. "Ölümcül şorba"ya istixana effektinin artması, qlobal iqlim dəyişiklikləri , qida tullantılarının həddən artıq artması səbəb olur.

Bizimyol.info Daily Mail-ə istinadən xəbər verir ki, yeni qlobal fəlakətə mikrobların " çiçəklənməsi" səbəb olacaq.

"Connecticut Universitetindən bir qrup alim, yuxarıda qeyd edilən 3 vacib elementin mikroskopik yosunların və siyanobakteriyaların böyüməsinə səbəb olduğunu təsbit edib ki, bu da şirin su ekosistemlərinin milyonlarla il ərzində bərpasına mane oldu.

"Tədqiqatçılara görə, Perm dövrünün sonunda baş vermiş temperaturun yüksəlməsi, meşə yanğınlarının sayının kütləvi şəkildə artması ilə indiki yaşadığımız dövr arasında bənzərlik çoxdur.

Professor Traci Frank bildirib ki, temperatur artması , həddən çox artmış qida tullantılarının sulara qarışması və istixana effekti nəticəsində şirin su hövzələrində zəhərliu bitkilərin artmasına səbəb olub.

"Perm dövgründəki fəlakət və ya başqa adla desək "Böyük Tükənmə", planetdəki hər 10 növdən 9 -nu məhv etdi. Nature Communications -da nəşr olunan bir araşdırma, vulkan püskürmələrinin istixana qazı emissiyalarının sürətlənməsinə və temperaturun kəskin sıçrayışına səbəb olduğunu qeyd edir. Bu da su hövzələrində ölümcül mikrobların artımı ilə nəticələnib.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Qrupun bu ilki hesabatına görə, insanın iqlim dəyişikliyinə təsiri birmənalıdır, istilik effektinin artması istilik sevən zəhərli mikrobların yayılmasına şərait yaradır. Nəticə isə ürəkaçan deyil, balıqlar kütləvi şəkildə məhv olur, insan və heyvandarlıq sağlamlığı üçün ciddi fəsadlar yaranır, bəşəriyyətə milyard dollarlarla hesablanan zərər dəyir.

Perm dönəminə digər bir bənzərlik temperaturun yüksəlməsinin meşə yanğınlarının kütləvi artımı dövrünə təsadüf etməsidir. "Bütün ekosistemləri məhv edən səbəblərdən biri yanğınlar idi və bunu hazırda Kaliforniya kimi yerlərdə görürük. Alimlər həyəcan təbili çalırlar. Bu cür hadisələrin getdikcə daha çox yayılmasının uzunmüddətli ağır nəticələri ola bilər və bunun geri dönüşü olmayacaq"- deyə qəzet yazır.

Tərcümə etdi: İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »