Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto

Azərbaycan ordusunun 44 günlük hərbi əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın azad edilməsi münasibətilə Bazardüzü zirvəsindən şərqdə yerləşən 4301 metr hündürlükdəki adsız yüksəkliyə "Zəfər zirvəsi" adı verilib və 9 fevral 2021-ci il (saat 14:50) tarixində bu zirvəyə xüsusi hazırlanmış zirvə lövhəsini quraşdırıblar. Bu zirvə Baş Qafqaz Baş Suayırıcı silsiləsində Azərbaycanın ikinci ən hündür zirvəsidir.

Bu zirvəyə qalxmaq bəlkə də bir çoxlarımızın arzusu, istəyidir. Sizləri bu arzunu gerçəkləşdirən, 4301 m yüksəklikdəki Zəfər zirvəsinə qalxan gənclərdən biri Fəridə Ziyadova ilə tanış etmək istəyirəm.

Fəridə Ziyadova Fəridə Ziyadova

Onu yaxından tanımağınız üçün aşağıdakı müsahibəni təqdim edirik:

- Əvvəla sizi yaxından tanımağmız üçün, zəhmət olmasa, özünüzü təqdim edin.

– Fəridə Ziyadova. «Altun kitab» nəşrlər evində redaktor/korrektor vəzifəsində çalışıram.

- Zəfər zirvəsinə qalxmaq planı kimlər tərəfindən təşkil olunmuşdu?

– Yürüş Mountain Host Azerbaijan komandasının professional bələdçiləri Mürsəl Qasımov və Abuzər Ağazadə tərəfindən təşkil olunmuşdur. Mountain Host Azerbaijan ölkənin ucqar kəndlərinə, yüksəkliklərə, yüksək dağlıq və meşəlik ərazilərdə yerləşən göl, şəlalə, tarixi abidələrə və dağ zirvələrinə həftə sonları turların təşkili ilə məşğuldur.

- Sizdən başqa kimlər bu zirvəyə qalxmışdı?

– Ümumilikdə on beş nəfər idik. Ancaq dördü geri qayıtdı. On birimiz zirvəyə qalxa bildik. Aramızda turistlər də var idi.

- Daha əvvəldən bu sahədə təcrübəniz olmuşdumu?

– Zəfər zirvəsi 5-ci zirvəmdir. Bundan əvvəl Atatürk (3756 m), Heydər (3751 m), Cümhuriyyət (3740 m), Bazardüzü (4466 m, Azərbaycanın ən hündür zirvəsi) zirvələrində olmuşam.

- Necə oldu bu səfərdə iştirak etməyə qərar verdiniz?

– Məqsədim Azərbaycanın bütün zirvələrində olmaqdır. Zəfər zirvəsi Azərbaycanın ikinci hündür zirvəsidir. II Qarabağ müharibəsindən sonra 2021-ci ilin fevral ayında 13 nəfərlik komanda tərəfindən (Azərbaycan ordusunun nümayəndəsi, Qartal Dağçılıq İdman Klubu və müstəqil alpinistlər tərəfindən) yaradılıb.

- Zirvəyə doğru qalxdığınız zaman hansısa çətinliklərlə üzləşdinizmi?

– Zəfər zirvəsi ən çətin yürüşüm oldu. Baxmayaraq ki ondan da hündür zirvədə olmuşdum. Yol dikdir idi. Üstəlik, hava şəraiti yürüşü daha da çətinləşdirirdi. -4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq.

- Zirvədə olduğunuz an hansı hissləri keçirdiniz?

– O an insanın bütün yorğunluğu keçir, çıxarkən keçirdiyin çətinlikləri unudursan. Əgər dumana düşməsək, zirvələrin gözəl mənzərəsi olur. Zəfər zirvəsində arxada Şalbuzdağ (4142 m) – Dağıstanın ən hündür zirvəsi görünür. Ətəyində də Avropanın ən hündür kəndi – Kuruş. Eləcə də bizim digər zirvələrimizi də görmək olur. Bazardüzü Zəfər zirvəsinə çox yaxındır.

- 4301 m yüksəklikdə olmaq necə hiss idi?

– İnsanın özünə «Mən bunu bacardım» deməsi möhtəşəm hissdir.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
››› Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
Son xəbərlər
Bütün xəbərlər »