Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Divan-kreslodan parta arxasına: Sabah şagirdləri nə gözləyir...
Divan-kreslodan parta arxasına: Sabah şagirdləri nə gözləyir...

Nəyahət ki, uzun müddətdən sonra məktəblərin qapıları şagirdlərin üzünə açılır. Artıq sabahdan etibarən boş qalan məktəblər koridorları, partalar uşaqlarla dolacaq. Lakin valideynləri və müəllimləri narahat edən bir məsələ var. İl yarım müddətdə online təhsilə öyrəşən şagirdlərin məktəbə uyğunlaşması necə olacaq?

Doğurdan da görünən odur ki, evdə divan, kresloda oturub dərsə qoşulan şagirdlərin parta arxasında oturmağa alışması heç də asan olmayacaq.  Bəs görəsən uşaqların məktəb mühitinə alışması üçün dövlət tərəfindən hansısa proqramlar, lahiyələr hazırlanıbmı?

Təhsil eksperti İlqar Orucov Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, il yarımdan çox müddətdə məktəblilər tədrisi online qaydada davam etidiriblər və bu müddət çox böyükdür. Bu səbəbdən də şagirdlərin məktəb mühitinə uyğunlaşması çətin olacaq

İlqar Orucov İlqar Orucov

“Məktəblilərin yay tətilindən sonra məktəb mühitinə uyğunlaşmasında hərzaman müəyyən problemlər olub və təxminən iki həftəlik müddətdə uyğunlaşıblar. Ona görə də 3 ay yay tətilindən qayıdan şağirdlərin uyğunlaşması 15 gün çəkirdisə, bu il bu müddət daha uzun olacaq. Xüsusilə bu ibtidai sinif şagirdlərində özünü göstərəcək.

Onların adaptasiyası üçün müəllimlər, məktəb psixoloqları ciddi işləməlidirlər. Nəzərə alsaq ki, ilk dərs həftəsində yalnız ibtidai sinif şagirdləri məktəbə buraxılacaq və bu müddət psixoloqlar üçün bir fürsətdir. Daha çox zamanları qalan psixoloqlar ibtidai sinif şagirdləri ilə yaxından və tək-tək məşğul olmalıdırlar.

Bütün məktəblərdə psixoloqlar fəaliyyət göstərir. Zaman-zaman psixoloqlarla bağlı iradlarımız, fikirlərimiz olub. Çünki bəzi məktəblərdə uzun illər boyunca bu ştatın formal vəzifə daşıyıcılığı olub. Amma məktəb psixoloqlarının çox ciddi vəzifələri var və son illərdə onlarla bağlı tələblər xeyli artıb. Məkəblərin psixoloq təminatı məsələsində çox ciddi fikir verilir. Bu baxımdan düşünürəm ki, böyük məktəblərdə psixoloqla bağlı problem yaşanmayacaq”.

Təhsil ekspertinin sözlərinə görə, rayonlarda, kənd məktəblərində psixoloqlar əslində yerində olmayan insanlardı.

“Bu səbəbdən də bu məktəblərdə birbaşa yük düşəcək ibtidai sinif müəllimlərinin üzərinə. Psixoloq ştatı ayrıca bir şatatdır və birbaşa bu ixtisas üzrə təhsil alıblar, amma bütün orta məktəb müəllimlərinin psixoloq bilikləri, bacarıqları, vərdişləri var. Bu baxımdam da iki həftə ərzində şagirdlərin məktəbə uyğunlaşması ilə bağlı onlar ciddi işlər görməlidirlər.

Müəlllimlərdən, psixoloqlardan əlavə bu istiqamətdə məktəb rəhbərlərinin də üzərinə çox ciddi vəzifələr düşür.

Şagirdlər inkişaf etməkdə olan bir nəsildir. Onların adaptasiya prosesi əslində yaşlı nəsillə müqayisədə daha tez baş verir. Məktəb kollektivləri əl-ələ verərək bu prosesi daha da sürətləndirə bilərlər”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »