Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu, bahalaşmada son hədd deyil
Bu, bahalaşmada son hədd deyil

Qapanmaların vurduğu ziyanı kompensasiya etmək üçün iqtisadiyyata buraxılmış milyonlarla təminatsız pul bazarlarda tarazlığı pozub, ərzaq və xammal qiymətlərini artırıb. Buraxılan pul kütləsi artsa da, istehsal olunan məhsulun kütləsi azalıb.

İqtisadçı Eldəniz Əmirov bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, iqtisadi aktivliyin saxlanılması üçün pul kütləsinin buraxılması mövcud olan inflyasiyanı daha da artırdı.

Bu gün mütəxəssislər bütün dünyada qiymət artımını təhlil edərkən bir neçə meyarı da qeyd edirlər. Birinci səsəb aparıcı dövlətlərin pul kütləsini artırması olaraq göstərilsə də, ikinci səbəb bütün dünyada buğda istehsalının azalmasıdır. Proses 2021-ci ilin əvvəlində qlobal taxıl ehtiyatlarının nəzərəçarpacaq dərəcədə azalması ilə daha da kəskinləşib. Üstəlik, Rusiya və digər dövətlər ixrac kvotaları tətbiq etməyə başalyıblar. Bunu öz ölkələrinin ərzaq təhlükəsizliyinin təmini ilə əlaqələndirən bu dövlətlər xarici bazarlara gömrük rüsumlarını artırıblar. Nəticədə dünya üzrə taxıl məhsullarının qiyməti artıb. 2020-ci ilin avqustunda taxılın qiyməti 2019-cu ilin müvafiq dövrünə nisbətən 31 faiz artıb. Bu, çox böyük göstəricidir. Taxıl məhsulları içərisində buğdanın qiyməti xüsusilə kəskin artım nümayiş etdirib - 43,5 faiz.

Buğdanın tonu 190 dollardan satılırdısa, bu ilin avqust ayında birja qiymətləri 290 dollara qədər yüksəlib. Azərbaycanın əsas buğda təchizatçısı olan Rusiyada buiğdanın tonu 300 dollara ixrac edilir. Hazırda insanlar daha çox ərzaq istehlak eləməyə yönəlib. Bu da bütün dünyada istehlak mallarının həcminin artmasına gətirib çıxarıb. Başqa sözlə, insanların sayının artması istehlak həcminin də artmasına səbəb olub və bu bir çox mütəxəssisləri artıq qayğılandırır.

Bütün faktorlar üst-üstə gələrək qiymət artımına gətirib çıxarıb. Taxılın bahalaşması avtomatik olaraq digər məhsullara da təsir edib. Məsələn, dünya bazarlarında ət məhsullarının qiyməti ötən ilə nisbətən 22 faiz artıb. Bitki yağları avqust ayında 6,7 faiz, şəkər isə 9,6 faiz bahalaşıb.

İstehsal həcmlərinin azalmasının digər səbəbi iqlim şəraiti ilə bağlı olub. Müəyyən ərazilərdə yanğınların olması, quraqlıq və ya əksinə, yağıntı səviyyəsinin çox olması buğda istehsalına öz mənfi təsirini göstərib. Ərzaq şirkətlərində çalışan böyük şirkətlərin ekspertləri hesab edirlər ki, bu, ərzaq qiymətlərinin bahalaşmasında son hədd deyil. Bundan sonrakı 2 il ərzində buğda , qarğıdalı, soya paxlası kimi məhsulların beynəlxalq bazarlarda qiymətinin artımı müşahidə olunacaq. Yaxın gələcəyə olan proqnozlara əsasən, buğda istehsalında müsbət gözləntilər olmayacaq. Qlobal böhranın təsirlərini aradan qaldırmaq üçün dünya iqtisadiyyatına uzun illər lazım gələcək.

Analitiklər öz fikirlərini tutarlı səbəblərlə izah edirlər. “2021-22-ci illərdə heyvandarlıqda yemə təlabat artacaq, ərzaq istehlakında da artım gözlənilir. Çünki insanlar daha sağlam, daha kalorili qidalanmaqla özlərini xəstəliklərin cəngindən xilas etmək istəyəcəklər",- deyə ekspert bildirib.

2019-cu ilin mayına olan göstəricilərə görə dünya üzrə buğda istehsalında birinci yeri Çin, ikinci yeri Hindistan tutub. Onun ardınca Amerika, Kanada və s. gəlir. Statsitik göstəricilər göstərir ki, buğda istehlakına tələb artıb, təklif isə azalıb. Bu da buğda qiymətlərinin yüksəlməsi tendensiyasını davam etdirəcək. Beynəlxalq analitiklərin fikrinə görə, bahalaşma nəqliyyat xərclərinin artması ilə yeni yeni dalğa nümayiş etdirəcək.

Dünyanın bir çox ölkələrində əkinçilər iqlim şəraitindən narazılıq etsələr də, Azərbaycan fermeri bötüvlükdə öz vəziyyətindən razı görünür. Bu il Azərbaycanda hətta dəmyə buğda istehsalında məhsuldarlıq 3 tondan çox olub. Gəncə, Qazax, Yuxarı Şirvanda bu il taxıl sahələri əkinçilərin üzünü güldürüb. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar tədqiatalar mərkəzinin direktoru Firdovsi Fikrətzadə bizimyol.info-ya bildirib ki, bütövlükdə builki nəticələr uğurludur: “650 min hektar sahədə taxıl əkilib. Azərbaycanda buğda istehsalı təxminən 2 milyon ton civarındadır. Bizim özümüzü buğda ilə təmin etməyimiz 60 faiz civarəndadır. Buğda əkinçiliyinə yararlı torpaq sahələrinin məhdud olduğunu nəzərər alaraq daha çox məhsuldar növlərin yetişdirilməsində maraqlıyıq. Eyni zamanda azad olunmuş torpaqlarımız da əkin dövriyyəsinə daxil ediləcək. Müstəqillikdən əvvəlki dövrdə əhali sayı indikinin yarısı qədər idi, taxıl rəminatımız 30-35 faiz idi, biz bu göstəricini 60 faziə qaldıra bilmişik. İndidən məlumdur ki, builki məhsul ötən ilkindən çox olacaq. Beynəlxalq Taxı Şurası bu il dünya üzrə yığılan taxılın kəskin azalacağını bildirsə də, Azərbaycanda göstəricilərdə artımın olması ürəkaçan faktdır. Şura planetdəki yanğın və quraqlıqla izah edib”.

Onun szölərinə görə, dövlətin un məhsullarının qiymətinin artmaması üçün ayrıdlıığı subsidiyaların məhz buğda əkinçiliyinə yönəldilməsinə bu il ciddi nəzarət ediləcək. Bu günə qədər əkinşçilər buğda əkini üçün aldıqları subsidiyanı daha ucuz başa gələn arpa əkini ilə əvəz edirdilər. Daha belə hallara yol verilməyəcək, bu barədə Kənd Təsərrüfatı Nazirliyi xəbərdarlıq da edib.

Yerli buğdanın şəhər əhalisinin ərzaq reasionuna daxil edilməsi üzrə addımnlar atılır. Artıq sosial şəbəkələrdə kənd dəyirmanlarında istehsal edilmiş kəpəkli unun əlverişli qiymətə kilosu 1 manata tələb və təklifər gəlib. Bu ənənəvi kənd dəyirmanlarının yenidən işə düşməsinə, daha sağlam un və un məmulatları əldə etməyimizə şərait yaradacaq. Bahalı olmayan texnologiya ilə bir daşla işləyən dəyirmanlarda üyüdülürdü. Təəssüf ki, bu dəyirmanların çoxu 1990-cı illərdə naməlum səbəblərdən sıradan çıxarıldı. İndi həmin dəyirmanların yenidən bərpasına başlanılıb. Sağlam çörək, sağlam insan deməkdir. Çörəyimiz bol olsun ki, vətənimiz basılmasın.

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Polis əməkdəşının törətdiyi qəza ilə bağlı DİN-dən açıqlama
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
Son xəbərlər
Bütün xəbərlər »