Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar

Rusiyada rəsmi statistika yoxsulluğun azaldığını bildirir. Amma ölkədə ümumi mənzərə qənaətbəxş deyil. Müstəqil institutlar Rusiyada yoxsulların sayının yalnız artdığını bildirir.

Bizimyol.info xəbər verir ki, Almaniya mətbuatında bu barədə yazı dərc olunub. Məqalədə Moskvanın mərkəzində gözə dəyən bahalı avtomobillərin ölkənin gerçək mənzərəsini təsvir etmədiyi yazılıb.

“Yoxsulluq xüsusilə Moskvadan uzaq kəndlərdə, quyu tualetlərin mövcud olduğu yerlərdə hiss edilir. Hərçənd, yoxsulluğu paytaxtda da görmək mümkündür. Uzağa getmək lazım deyil. Şəhər kənarında çökmüş panel evlər və ucuz spirtli içkilərin satıldığı mağazaların olduğu yerlər yoxsulluq qoxuyur”, - jurnalist Katarina Vaqner acınacaqlı vəziyyəti belə təsvir edib.

Moskvanın şimal-qərbində, Sokol hissəsində müəssisə qapılarından birinin üzərində “MnoqoMama” yazılıb. Bununla “çoxuşaqlı ana” ifadəsi nəzərdə tutulub. Üç və daha çox uşağı olan qadınlar bura yaxınlaşaraq pulsuz çörək götürə bilirlər.

Dörd uşaq anası olan Yelena Saforova 5 yaşlı qızı Əminə ilə müəssisəyə gəlməli olur. Amma o, çörəkləri tamamilə pulsuz götürmək istəmir. İşi təşkil edən könüllülərə benzin üçün 250 rubl (təxminən 3 avro) verir. Onun sözlərinə görə, götürdüyü çörəyin qiyməti mağazalarda 3 dəfə baha olar.

Dövlətin təqdim etdiyi statistikaya inansaq, Vladimir Putin 2000-ci ildə hakimiyyətə gələndə təqaüdçülərin yarısı yoxsul sayılırmış. İndi rəsmi rəqəmlər açıqlananda həmin təbəqənin adı çəkilmir. Sanki onların vəziyyəti yaxşılaşıb. Halbuki yoxsullar ordusu böyüyüb. Almaniya mətbuatı yazır ki, Yelena Saforova kimi insanların ailəsi rəsmi sənədlərdə yoxsul sayılmır. Yəni rəsmi rəqəmlər həqiqəti demir.

Yelena Saforova ət kombinatında işləyir. Onun aylıq məvacibi 460 avrodan çox deyil. Avtobus sürücüsü işləyən ərinin maaşı azacıq yüksək olar. Onlar bu qazancla bahalı şəhərdə çətinliklə yaşayırlar. Ailə yalnız geyinilmiş paltarları ala bilir. Çoxdandır mal əti almırlar, toyuqla keçinirlər.

Avqustda Rusiyada qeydə alınan ərzaq qiymətləri keçən ilin analoji dövrü ilə müqayisədə 8 faiz yüksək olub. Müstəqil mənbələr əhalinin son 7 ilin ən ağır günlərini keçirdiyini bildirir.

Hakim “Vahid Rusiya” partiyasının reytinqi sürətlə aşağı düşür. Hakimiyyət şəhər mərkəzlərində gül-çiçək əkməklə, yarımçıq tikililəri başa vurmaqla diqqəti sosial problemlərdən yayındırmağa çalışır. Amma əhalinin narazılığı getdikcə daha çox gözə dəyməyə başlayır.

Bizimyol.info

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub
››› İşğaldan azad olunmuş ərazidə qolları məftillə bağlı skeletlər tapılıb - Video
››› Moskvada 11 günlük qeyri-iş günləri başlayır
››› "Bu linklərə daxil olmaqla komputer və smartfonunuzla ömürlük vidalaşa bilərsiz"
››› "Barselona"nın baş məşqçisi istefaya göndərilib - Foto
Son xəbərlər
Bütün xəbərlər »