Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Dövlət Dumasına seçkilərin yekun nəticələri açıqlanıb
Rusiya Dövlət Dumasına seçkilərin yekun nəticələri açıqlanıb

Mərkəzi Seçki Komissiyası Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə “Vahid Rusiya” partiyasının qalib gəldiyini elan edib.

Bizimyol.info xəbər verir ki, “RİA Novosti”nin Rusiya MSK-ya istinadən verdiyi məlumata görə, artıq protokolların 100 faizinin sayıldığı və hakim partiyanın 49,82 faiz səslə qalib gəldiyi bildirilir.

Elan olunan nəticələrə əsasən, “Vahid Rusiya” 49,82 faizlə seçkilərdə liderdir, Rusiya Federasiyası Kommunist Partiyası - 18,93 faizlə ikinci, Liberal Demokrat Partiyası - 7,55 faizlə üçüncü nəticəyə sahib olublar.

Beş lider arasında “Həqiqət naminə Ədalətli Rusiya” və “Yeni insanlar” partiyaları da var – müvafiq olaraq 7,46% və 5,32%.

Beləliklə, beş partiya beş faizlik seçki səddini aşaraq Dövlət Dumasına daxil olur.

Sentyabrın 17 -dən 19 -dək Rusiyada Duma və yerli seçkilərə səs verildi. Səsvermədə əhalinin 51 faizi iştirak edib.

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »