Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ hərbçiləri "Əl-Qaidə" liderlərindən birinə zərbə endirib
ABŞ hərbçiləri "Əl-Qaidə" liderlərindən birinə zərbə endirib

ABŞ hərbçiləri Suriyanın şimal-qərbində "Əl-Qaidə" terror qruplaşmasının liderlərindən birinə hücum ediblər.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi jurnalistlərə bildirib.

Amerika hərbçiləri hesab edir ki, hədəfi vurublar.

ABŞ silahlı qüvvələrinin Mərkəzi Komandanlığından informasiyasına istinad edən Con Kirbi İdlib şəhəri ətrafında hava zərbəsinə görə məsuliyyət daşıdıqlarını etiraf edib.

"İdlib yaxınlığında "Əl-Qaidə"nin yüksək vəzifəli liderinə zərbə endirilib. İlkin hesablamalara əsasən, zərbə hədəfə dəyib. Hazırda mülki əhali arasında itkilərin mövcudluğunu güman etməyə əsas yoxdur", - Kirbi Pentaqondakı brifinqdə deyib.

Son xəbərlər
Bütün xəbərlər »