Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "Yeni Türk Evimiz ABŞ-dakı vətəndaşlarımızın, türk soydaşlarımızın məkanı olacaq"
Ərdoğan: "Yeni Türk Evimiz ABŞ-dakı vətəndaşlarımızın, türk soydaşlarımızın məkanı olacaq"

“Nyu-Yorktakı yeni Türk Evi binamız çoxtərəfliliyə, ədalətə və sülhə olan inancımızın bir simvoludur”.

APA-nın xəbərinə görə, bunu ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda 36 mərtəbəli Türk Evinin açılışında bildirib.

Türkiyə Prezidenti yeni binanın bu gün ərsəyə gəlməsində mərhum sabiq prezident Süleyman Dəmirəl başda olmaqla bir çox insanların xidməti olduğunu bildirib: “Keçmiş xarici işlər nazirimiz mərhum İhsan Sabri Çağlayangilin tərəfindən dövlətimizə qazandırılan torpaq sahəsi üzərində inşa edilib. 1977-2013-cü il arasında xidmət göstərən binamızı yeniləməyə qərar verdik və buna nail olduq. Bu binanın Nyu-Yorkda BMT-nin qarşısında inşa olunması xüsusi bir məna daşıyır. Türkiyə BMT-nin qurucu üzvlərindən biri olaraq beynəlxalq sülhün və təhlkəsizliyin təsisi üçün göstərilən cəhdlərə aktiv dəstək verir”.

R.T.Ərdoğan deyib ki, yeni Türk Evində Türkiyənin BMT-də daimi təmsilçiliyi, Nyu-Yorkdakı konsulluğu və Şimali Kipr Türk Cümhuriyyətinin daimi təmsilçiliyi fəaliyyət göstərəcək, bu məkan siyasi, iqtisadi və mədəni tədbirlərə ev sahibliyi edəcək: “Yeni Türk Evimiz ABŞ-da yaşayan vətəndaşlarımıza, soydaşlarımıza, qohum xalqlara və dost cəmiyyətlərə xidmət göstərəcək. Nyu-Yorkun nümunə binalarından biri olacaq Türk Evinin Türkiyə-ABŞ münasibətlərinə, BMT-yə üzv olan ölkələrə xidmət etməyə hazır olacağına inanıram”.

Türkiyə Prezidenti binanın Türkiyə Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərəcəyini deyib.

Qeyd edək ki, Türk Evinin açılışında BMT-nin Baş katibi Antonio Quterreş də iştirak edib.

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Yeni Füzuli şəhərinin baş planı necə olacaq...
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
››› “DSX-nın rəhbər şəxsləri hərbi biletimə haqsız yerə xidmətə uyğunsuzluq maddəsi vurub”
Son xəbərlər
Bütün xəbərlər »